Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
08.10.2025 16:10 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Oktyabr ayının 8-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən ŞAR-ın baş direktoru, müxbir üzv Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın “Nəzəri astrofizika və kosmologiya” şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bala Əli Rəcəbov “Simmetriyanın spontan pozulması, aid teoremlər və kosmologiya” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə bərk cisimlər fizikasında simmetriyanın spontan pozulması və Nambu dalğası barədə məlumat verilib. Ferromaqnetizm və ifrat keçiricilik hadisələrində simmetriyanın spontan pozulmasının rolu izah edilib. Kuper cütlərinin yaranmasının ifrat keçiricilik kimi makroskopik kvant effektlərinin əsası olduğu göstərilib.

Məruzəçi bildirib ki, qlobal simmetriyanın spontan pozulması nəticəsində kütləsiz Qoldstoun bozonları yaranır. Lokal simmetriyanın spontan pozulması Hiqqs mexanizmi ilə müşaiyət olunur. Hər iki effektin t’Huuft teoremi ilə birgə tətbiqi Vaynberq-Salam modelinin yaradılması üçün əsas olmuşdur.

Simmetriyanın spontan pozulması vakuumun simmetriyasının pozulması deməkdir. Tədqiqat işində fiziki sistemin simmetriya qrupu və vakuumun simmetriya qrupu arasındakı əlaqələr, eləcə bu qrupların Qoldstoun bozonlarının spektrinə və Hiqqs bozonun, həmçinin qarşılıqlı təsirinin daşıyıcıları olan digər bozonların spektrinə təsiri izah olunmuşdur.

Daha sonra B.Rəcəbov yüksək temperaturlarda elektro-zəif qarşılıqlı təsirin xüsusiyyətlərinin Kainatın Böyük partlayışdan sonrakı tarixinə təsirindən danışıb. Bildirib ki, müəyyən temperaturdan sonra simmetriyanın spontan pozulması aradan qalxır, yəni simmetriya bərpa olunur. Bu isə öz növəsində uzağatəsir qüvvələrinin və Kainatda domenlərin yaranmasına səbəb ola bilər.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025