Ekskursiyalar Saytın xəritəsi
AZEN
Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş elmi sessiya keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş elmi sessiya keçirilib
08.10.2025 10:10 / TƏDBİRLƏR Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş elmi sessiya keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) təşkilatçılığı ilə Tusi-Bohm Planetariumda Ümumdünya Kosmos Həftəsinə və Beynəlxalq Astronomiya İttifaqının "100 saat Astronomiya" təşəbbüsünə həsr olunmuş "Gənc alimlərin elmi sessiyası: Kosmos və Yer elmləri" adlı tədbir keçirilib. Tədbirdə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının və H.Əliyev adına Coğrafiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) üzvləri iştirak ediblər.

Tədbirin açılışında Planetariumun direktoru Famil Mustafa qonaqları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. O, elmin populyarlaşdırılması istiqamətində əməkdaşlığa hər zaman açıq olduqlarını vurğulayıb.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyi adından çıxış edən, rəsədxananın “İnformasiya təminatı və ictimaiyyətlə əlaqələr” şöbəsinin müdiri Orxan Salehli tədbirin elmi əməkdaşlıq və bilik mübadiləsi baxımından əhəmiyyətindən danışıb. O, qeyd edib ki, bu kimi görüşlər elmlər arasında inteqrasiyanı və gənc tədqiqatçıların elmi fəaliyyətə marağını daha da artırır.

Ardınca Coğrafiya İnstitutunun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Səidə Zeynalova institut rəhbərliyi adından çıxış edərək “Kosmos və Yer Elmləri” mövzusunda keçirilən elmi sessiyanın gənc alimlər üçün yeni tədqiqat üfüqləri açacağına inandığını bildirib.

Açılış mərasimindən sonra elmi sessiya maraqlı məruzələrlə öz işini davam etdirib.

İlk olaraq ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Rəhimli çıxış edib. O, Ümumdünya Kosmos Həftəsinin tarixi və mahiyyəti, həmçinin onun təsis olunmasına səbəb olan əlamətdar hadisələr barədə məlumat verib.

Daha sonra Coğrafiya İnstitutunun GAMŞ sədri Nazim Gəraylı “Kosmosdan yerə baxış: İqlim dəyişikliklərinin vizual sübutları” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi peyk təsvirlərinin deşifrələnməsi nəticəsində əldə olunan məlumatlara əsasən, iqlim dəyişikliklərinə təsir edən təbii və antropogen faktorların elmi aspektlərini izah edib.

Sessiyanın növbəti məruzəçisi, ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fazil İsmayılov “Peyk və peykaltı təsvirlərin kosmik monitorinqi” mövzusunda çıxış edib. O, Azərbaycan və Qafqaz-Xəzər regionunda aparılan kosmik monitorinq işlərindən, peyk təsvirlərinin emal metodikasından və onların ətraf mühitə nəzarətdə tətbiqindən danışıb.

Daha sonra Coğrafiya İnstitutunun “Xəzər dənizinin monitorinqi” şöbəsinin kiçik elmi işçisi Vüsalə Rəsulzadə  “Kosmik  məlumatlar əsasında Abşeron yarımadası sahil zonasında külək rejimi və enerji potensialının tədqiqi” mövzusunda çıxış edib. O, əldə olunan nəticələrin iqtisadi və enerji baxımından perspektiv əhəmiyyətini qeyd edib.

Elmi sessiyanın son məruzəsi ilə ŞAR GAMŞ-ın sədr müavini Aytac İskəndərova çıxış edib. Onun “Kosmosun kəşfi: Tarixi missiyalar və yeni perspektivlər” adlı təqdimatında kosmosa buraxılan ilk süni peykdən müasir dövrədək aparılan kosmik tədqiqatların mərhələləri və gələcək istiqamətləri barədə məlumat verilib.

Tədbirin sonunda iştirakçılara “Kainata doğru” adlı sənədli film nümayiş etdirilib. Film vasitəsilə gənc alimlərə kosmosun öyrənilməsinin bəşəri əhəmiyyəti və elmi araşdırmaların cəmiyyət həyatına təsiri barədə ümumi təsəvvür yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025