Ekskursiyalar Saytın xəritəsi
AZEN
Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib
06.10.2025 15:10 / TƏDBİRLƏR Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş tədbir keçirilib

06 oktyabr 2025-ci il tarixində AR Elm və Təhsil Nazirliyi akademik H. Əliyev adına Coğrafiya İnstitutu və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının  birgə təşkilatçılığı ilə  7 oktyabr – Ümumdünya Layiqli Əmək Gününə həsr olunmuş “Layiqli əmək: sosial tərəfdaşlıq və elmi əməkdaşlıq” adlı  tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Coğrafiya İnstitutunun Həmkarlar İttifaqı Təşkilatının sədri Kamran Ramazanlı iştirakçıları salamlayaraq, Ümumdünya Layiqli Əmək Gününün məqsəd və əhəmiyyətindən bəhs edib. O, qeyd edib ki, bu günün qeyd olunması əmək münasibətlərində ədalət, bərabərlik və sosial tərəfdaşlığın təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə çıxış edən Şamaxı Astrofizika Rəsədxanasının "Elmi əlaqələr və təşkilati məsələlər" şöbəsinin müdiri f-r.ü.f.d. Kamal Hüseynov elm sahəsində əmək mədəniyyətinin və sosial tərəfdaşlığın əhəmiyyətindən danışıb. O qeyd edib ki, Rəsədxanada aparılan elmi fəaliyyət yalnız yüksək ixtisaslı mütəxəssislərin fədakar əməyi və qarşılıqlı əməkdaşlıq mühiti sayəsində mümkün olur.

Sonra Coğrafiya İnstitutunun baş meneceri Həmdulla Əliyev “Ümumdünya Layiqli Əmək Gününün mahiyyəti və məqsədləri” mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, bu günün əsas məqsədi əmək münasibətlərində ədalət, sosial müdafiə, bərabərlik və insan ləyaqətinə hörmət prinsiplərini təşviq etməkdir. O vurğulayıb ki, layiqli əmək konsepsiyası təkcə iqtisadi deyil, həm də sosial və mənəvi dəyərləri əks etdirir və cəmiyyətin davamlı inkişafının əsas şərtlərindən biridir. Baş menecer  həmçinin ölkəmizdə bu istiqamətdə həyata keçirilən dövlət siyasətindən, sosial tərəfdaşlıq mexanizmlərinin gücləndirilməsindən və elm sahəsində əməyin stimullaşdırılmasına yönələn addımlardan danışıb.

Şamaxı Astrofizika Rəsədxanasının Həmkarlar İttifaqı Təşkilatının sədr müavini Orxan Salehli “Dayanıqlı inkişaf naminə gənc alimlər üçün elmi-işgüzar mühitin əhəmiyyəti” mövzusunda çıxış edərək gənc tədqiqatçılar üçün yaradılan şərait, onların elmi təşəbbüslərinə dəstək və əmək fəaliyyətində sosial təminat dayanıqlı inkişafın əsas göstəricilərindən olduğunu diqqətə çatdırıb. O həmçinin gənc alimlərin beynəlxalq əməkdaşlıqlara cəlb edilməsinin, birgə layihələrdə iştirakının və elmi innovasiyaların təşviqinin ölkənin elmi potensialının güclənməsinə mühüm töhfə verdiyini qeyd edib. Vurğulanıb ki, elmi fəaliyyətin səmərəliliyi yalnız maddi-texniki baza ilə deyil, həm də sağlam və motivasiyaedici iş mühiti ilə sıx bağlıdır.

Mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı əmək münasibətlərinin elmi və sosial aspektləri, həmçinin elmi əməkdaşlığın gələcək perspektivləri barədə təkliflər irəli sürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025