Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artmışdır. Maksimal sinifli alışma isə 4226 oblastındakı M2.68 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq 10 sm diapazonda radioalışma, radio rabitədə R1-R2 səviyyəli fasilələr, II-IV tip radio emissiya və Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 7 ləkə qrupunda 127 ləkə müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövründə orta və yüksək səviyyədək olmuş, 23594 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli də aktivləşsə də, S1 səviyyəsinə çatmaçışdır.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 1152 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 55 nT, radial istiqamətdə isə -15 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normalıdır, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.08 nT, radial istiqamətdə isə 0.4 nT təşkil edir.
Hesabat dövründə Tac Dəliklərinin və asta templi TKA-ın təsiri nəticəsində 29 sentyabr-03 oktyabr tarixlərində geomaqnit qasırğası olmuşdur. Qasırğanın intensivliyi G3 (güclü qasırğa) – G1 (zəif qasırğa) səviyyələri arasında dəyişmişdir. Hal-hazırda Kp indeksinin göstəricisi 1.3-dür və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (06-12 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin və 10 MeV-dən çox enerji yüklü proton selinin Tac Dəliyi Axınlarının və Günəş diskindəki aktiv regionların təsiri ilə yenidən yüksələcəyi, S1 səviyyəli proton qasırğası gözlənilir.
Günəş küləyi sürəti Tac Dəliyi Axınlarının təsiri zəifləsə də, 03 oktyabrda Günəşi tərk etmiş TKA-nın təsiri ilə yenidən artacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 15-45%, orta qütb dairələrində isə 35-1%-dir.
Geomaqnit sahəsi –Tac Dəliyi Axınlarınının təsiri zəifləsə də hələ tam keçməyib və əlavə olaraq TKA-nın da təsiri əlavə olunacağı üçün G1 səviyyəli (zəif geomaqnit qasırğası) gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.