Ekskursiyalar Saytın xəritəsi
AZEN
Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı elmi müzakirələr aparılıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı elmi müzakirələr aparılıb
19.04.2018 17:04 / MÜHÜM HADİSƏLƏR Nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulması ilə bağlı elmi müzakirələr aparılıb

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Azərbaycanda ilk dəfə olaraq buraxılacaq nanopeyklərdə astrofiziki eksperimentlərin qoyulmasının müzakirəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyev, “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev, sədr müavini Rövşən Rüstəmov, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Milli Aviasiya Akademiyasının əməkdaşları – texnika üzrə elmlər doktoru, prof. Ənvər Həzərxanov, texnika üzrə elmlər doktoru, prof. Ədalət Səmədov iştirak ediblər.

Tədbiri ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq son illər rəsədxanada görülən elmi işlər və beynəlxalq əlaqələr barədə gələn qonaqlara məlumat verib. Alim qeyd edib ki, elmi tədqiqatlar əsasən “Səma cisimlərinin fizika və dinamikası” istiqamətinə daxil olan iki problem – Ulduz və qalaktikaların kompleks tədqiqi və  Günəş və Günəş sistemi cisimlərinin fizika və dinamikası üzrə aparılır. Bundan başqa, rəsədxanada nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından asılılığı, astronomiyanın tarixi və başqa istiqamətlər üzrə də tədqiqatlar həyata keçirilir.

Sonra ŞAR-ın elmi işlər üzrə direktor müavini, f.ü.f.d Xıdır Mikayılov “ŞAR-ın müşahidə imkanları” mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, rəsədxananın cihaz parkı və xüsusilə 2-metrlik teleskopda yaradılmış şərait müasir standartlara cavab verə biləcək astronomik müşahidələr aparmağa imkan verir.

Daha sonra ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm”şöbəsinin müdiri, f-r.ü.f.d­­ Canməmməd Rüstəmov “Nanopeyklərdə astrofiziki problemlərin həlli” mövzusunda mə­ru­­zəsini təqdim edib. C.Rüstəmov vurğulayıb ki, nanopeyklərdə fotometrik və paralel olaraq ŞAR-ın 2 m-lik teleskopunda spektral müşahidələrin aparılması böyük kütləli parlaq ifratnəhəng ulduzlarda gedən fiziki proseslərin daha dəqiq anlaşılmasına, bu prosseslərin düzgün modelinin qurulmasına imkan verəcək.

Tədbirdə nanopeyklərdə quraşdırılacaq kiçik teleskopların optik və texniki parametrlərinin seçilməsi ilə bağlı müzakirələr aparılıb. Xüsusilə, akademik Roald Saqdeyev nanopeyklərdə astronomik müşahidələrin aparılmasına dair faydalı məsləhətlər verib.

Sonda qonaqlar ŞAR-ın muzeyi və 2 m-lik teleskopu ilə yaxından tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir. 

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025