Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
22.09.2025 11:09 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı zəifləmişdir. Həftə ərzində əsasən C sinifli alışmalar olmuş və 4216 ləkə regionunda cəmi bir M1.5 sinifli alışma qeydə alınmışdır. Alışmalar nəticəsində baş verən Tac Kütlə Atılmalarından Yerə istiqamətlənmiş olanı qeydə alınmamışdır. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 157 ləkə, həmçinin şimal yarımkürəsində böyük Tac Dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində yüksək (maks: 6213 pfu) səviyyədə olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 872 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 19 nT, radial istiqamətdə isə -16 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (353 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 16.32 nT, radial istiqamətdə isə 7.72 nT təşkil edir.

Hesabat dövründə (15 sentyabrda) Tac Dəliyinin təsiri ilə başlayan və G3 (güclü) səviyyəsinə yüksələn geomaqnit qasırğası 16 sentyabradək G1 (zəif) səviyyəsi ilə davam etmiş, sonrakı günlər isə sakit və qeyri-sabit səviyyələr arasında dəyişmişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (22-28 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenə də Tac Dəliyi Axınlarının təsiri ilə yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.    

Günəş küləyi sürətinin mənfi qütblü Tac Dəliklərinin Axınlarının geoeffektiv olması nəticəsində gün ərzində artacağı, sonra isə normala dönəcəyi gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 10-60%, orta coğrafi enliklərdə isə 40-5%-dir.

Geomaqnit sahəsi – mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə bu gün G1 (zəif geomaqnit qasırğası) səviyyəsinə yüksəlməsi ehtimalı var. Sonrakı günlərdə isə əsasən sakit səviyyələrin müşahidə olunacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025