Ekskursiyalar Saytın xəritəsi
AZEN
Günəş qırmızı nəhəng mərhələsindən sonra Yeri qoruyub saxlaya bilər - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Günəş qırmızı nəhəng mərhələsindən sonra Yeri qoruyub saxlaya bilər
01.09.2025 11:09 / ASTRO XƏBƏRLƏR Günəş qırmızı nəhəng mərhələsindən sonra Yeri qoruyub saxlaya bilər

Ulduzların təkamül ssenarisinə əsasən 5 milyard il sonra Günəşin yanacağı azaldıqca tarazlığı saxlaya bilmək üçün atmosferi şişməyə başlayacaq və Yer də daxil olmaqla bir çox planet məhv olacaq. Lakin müşahidələr göstərir ki, bəzi ulduz sistemləri bu mərhələdən planetləri ilə birlikdə çıxa biliblər. Belə ki, Kaliforniya Universitetindən astronom Keminq Çjanın rəhbərlik etdiyi qrup mikrolinzalama üsulu ilə qırmızı nəhəng mərhələsini keçərək ağ cırtdana çevrilmiş KMT-2020-BLG-0414-nin ətrafında dolanan Yer tipli planetin və qəhvəyi cırtdanın dolanmasını kəşf ediblər.

Ulduz 2020-ci ildə qravitasiya mikrolinzalaması üsulu ilə “Korea Microlensing Telescope Network” teleskopu vasitəsilə kəşf olunub. Ulduzun ətrafında 1.9 Yer kütləli qayalı planetlə yanaşı, 22 a.v məsafədə təxminən 30 Yupiter kütləli qəhvəyi cırtdan dolanır. Alimlər düşünür ki, əvvəllər qayalı planet ulduzdan 0.1 a.v məsafədə dolanırmış, sonra isə indiki mövqeyinə sürüşüb. Qəhvəyi cırtdanın isə başlanğıcda 0.2 a.v məsafədə yerləşməsi fikri qrup tərəfindən təkzib olunub. Beləliklə KMT-2020-BLG-0414 nümunəsində gələcəkdə Yerin də qırmızı nəhəng mərhələsini aşaraq yenə də Günəşin cazibəsində qalmaq şansı var. Qeyd edək ki, KMT-2020-BLG-0414-dan əlavə,  ömürlərinin sonuna çatmış bir neçə qırmızı nəhəngində ətrafında planetlərinin hələ də dolanması müşahidə olunub.

Müasir modellərə və hesablamalara əsasən Günəş qırmızı nəhəngə çevrilməzdən əvvəl belə, temperaturun artması səbəbindən Yer kürəsində həyat indiki formada davam edə bilməyəcək. Nəticədə temperaturun dəyişməsi ilə həmin dövrdə “həyat zonası” Saturn və Yupiterin bəzi peyklərinə sürüşə bilər. Məlumdur ki, Yupiterin peyki Avropa yeraltı su okeanına malikdir. Saturnun peyki Titan isə bir çox xüsusiyyətlərinə görə Yerə bənzədiyi üçün gələcəkdə insanların “Yeni Evinin” məhz Titan olacağı ehtimalı böyükdür.

Tədqiqat işi “Nature Astronomy“ jurnalında çap olunub. Məqaləni bütövlükdə “arxiv.org” serverindən oxuya bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir!

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025