Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı azalaraq, asən C sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4207 oblastındakı C7.6 sinifli alışma olmuşdur. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 75 ləkə və şimal yarımkürəsində böyük Tac dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli 9 sentyabrda 1572 pfu-dək yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 639 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 21 nT, radial istiqamətdə isə -7 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 721 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9.99 nT, radial istiqamətdə isə -3.09 nT təşkil edir.
Hesabat dövründə müşahidə olunan Tac Dəliyinin geoffektiv olması nəticəsində sutkanın ilk saatlarında G1 səviyyəli geomaqnit qasırğası gözlənilsə də, Kp indeksinin göstəricisi 7-ni keçmişdir, yəni güclü geomaqnit qasırğası (G3) başlamışdır. Hal-hazırda Kp indeksinin göstəricisi 5 üzərindədir və geomaqnit qasırğası (G1) davam edir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (15-21 sentyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin gün ərzində yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağıgözlənilir.
Günəş küləyinin mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə sürətinin yenə də normadan yüksək olacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 10-60%, orta qütb dairələrində isə 35-10%-dir.
Geomaqnit sahəsi – mənfi qütblü Tac Dəliyi Axınlarınının təsiri ilə bu gün güclü (G3 səviyyəli) geomaqnit qasırğası qeyd olunsa da. Sonrakı günlərdə sakit və aktiv səviyyələr arasında dəyişəcəyi proqnozlaşdırlıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir