Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada olimpiadaçılarla görüş keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada olimpiadaçılarla görüş keçirilib
12.09.2025 17:09 / RƏSƏDXANA XƏBƏRLƏRİ Rəsədxanada olimpiadaçılarla görüş keçirilib

Sentyabr ayının 12-də Azərbaycan Respublikası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) ölkəmizi uğurla təmsil edən məktəblilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının Baş direktoru, müxbir üzv Namiq Cəlilov gənclərin beynəlxalq miqyasda qazandığı uğurları yüksək qiymətləndirərək onları təbrik edib. O, Azərbaycan məktəblilərinin astronomiya və astrofizika sahəsində belə nüfuzlu yarışlarda mükafat qazanmasının ölkəmizdə elmin inkişafına, xüsusilə də gənclərin elmə marağının artmasına mühüm töhfə verdiyini bildirib. Namiq Cəlilov gələcəkdə də istedadlı şagirdlərin elmi potensialının dəstəklənəcəyini və bu kimi uğurların davamlı olması üçün Rəsədxananın öz imkanları çərçivəsində hər zaman onların yanlarında olacağını vurğulayıb.

Rəsədxananın əməkdaşlarının təbrik çıxışları fonunda davam edən tədbirin yekununda olimpiada iştirakçılarına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən diplomlar və "Əli və Nino" Kitab Evindən xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Azərbaycan olimpiadaçıları IOAA 2025-də 2 bürünc medal və 2 Fəxri Diplom qazanıblar. Olimpiadaya hazırlıq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Bakı Dövlət Universitetinin, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Tusi-Bohm Planetariumunun dəstəyi ilə təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025