12 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirədddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Elmi Şuranın növbəti iclası keçirilib.
İclası rəsədxananın Baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq gündəlikdə duran məsələlər barədə şura üzvlərinə məlumat verib.
Gündəliyə uyğun olaraq ilk öncə rəsədxananın 2025-2030-cu illər üçün strateji planı müzakirə olunub. Ümumi müzakirədən sonra strateji planının təsdiqi ilə bağlı müvafiq qərar qəbul olunub.
Daha sonra ŞAR əməkdaşlarının xarici ezamiyyətlərə göndərilməsi ilə bağlı aidiyyatı şəxslərin çıxışları dinlənilib və təsdiq edilib.
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.