Ekskursiyalar Saytın xəritəsi
AZEN
Qara dəliklərin partlamasını görmək şansımız var - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Qara dəliklərin partlamasını görmək şansımız var
11.09.2025 13:09 / ASTRO XƏBƏRLƏR Qara dəliklərin partlamasını görmək şansımız var

Massaçussets Amherst  Universitetinin tədqiqat qrupunun araşdırmaları göstərib ki, qara dəliklər həyatlarının sonunda ulduzlar kimi partlaya bilər. Onların fikrincə belə partlayışları 10 ildə bir müşahidə etmək şansı var.

Bu tip partlayışların müşahidəsi ilkin qara dəliklərlə bağlıdır. Fərziyyələrə görə, ilkin qara dəliklər Böyük Partlayışdan bir neçə saniyə sonra yaranmış və sonradan qalaktikaların mərkəzindəki supermassiv qara dəliklərin formalaşmasında “toxum” rolunu oynamış ola bilərlər. Lakin indiyədək bu tip qara dəliklərin mövcudluğunu təsdiq edən müşahidə faktı yoxdur. Əgər belə bir partlayış qeydə alınarsa, nəinki bizə məlum olan kvarklar, leptonlar, Hiqqs bozonlar, həm də indiyədək naməlum olan qaranlıq maddənin zərrəciklərini də aşkarlamaq imkanı qazanacağıq.

Stiven Hokinq göstərmişdir ki, ulduzların kollapsından yaranan qara dəliklərdən fərqli olaraq ilkin qara dəliklər Böyük Partlayışdan dərhal sonrakı şəraitdə formalaşa bilərlər. Bu tip qara dəliklər daha yüngül olurlar və kifayət qədər qızdıqda “Hokinq şüalanması” vasitəsilə zərrəciklərini kosmosa yayırlar. Qara dəlik  yüngülləşdikcə isinir və daha sürətlə şüalandırır. Bu proses qara dəliyin “buxarlanması” mexanizmi adlanır və qara dəlik partlayana kimi davam edir. Məhz bu şüalanma teleskoplarla qeydə alına bilərdi, lakin indiyədək belə bir hadisə müşahidə olunmayıb.

Tədqiqatçılara görə, əgər Hokinq şüalanması müşahidə edilərsə, bu, ilkin qara dəliyin partlaması demək olacaq. Əvvəllər bu ehtimal çox aşağı qiymətləndirilsə də, indi hesablamalar göstərir ki, növbəti 10 ildə belə bir hadisəni görmək şansı 90%-dir.

Əvvəlki modellərdə ilkin qara dəliklərin neytral olduğu güman edilirdi. Yeni araşdırmada isə fərqli bir fərziyyə irəli sürülür: onlar kiçik “qaranlıq elektrik yükü” daşıya bilərlər. Bu modeldə adi elektrik qüvvəsinə bənzər təsir nəzərdə tutulur, lakin yükün daşıyıcısı adi elektron deyil, “qaranlıq elektron” adlanan, daha ağır hipotetik zərrəcikdir. “Dark-QED toy model” adlanan sadə yanaşmada göstərilir ki, belə bir yük qara dəliyi müvəqqəti stabilləşdirərək partlayışı gecikdirə bilər. Mövcud eksperimental məlumatlar əsasında aparılan hesablamalara görə, ilkin qara dəliklərin partlayışını əvvəllər düşünüldüyü kimi hər 100.000 ildən bir deyil, təxminən hər 10 ildə bir müşahidə etmək mümkündür.

Əgər belə bir şüalanma qeydə alınsa, alimlər alimlər şülanan hər bir zərrəcik haqqında dəqiq məlumat almış olacaqlar. Bu isə Kainatın yaranması və strukturu haqqında təsəvvürlərimizi köklü şəkildə dəyişdirə biləcək hadisədir.

Qeyd edək ki, tədqiqat işinin nəticələri “Physical Review Letters” jurnalında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025