Ekskursiyalar Saytın xəritəsi
AZEN
“Astronomiya və astrofizikanın aktual problemləri” adlı I Respublika Konfransı başa çatıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Konfrans materialları
    • - Kitablar
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
“Astronomiya və astrofizikanın aktual problemləri” adlı I Respublika Konfransı başa çatıb
05.09.2025 18:09 / KONFRANSLAR “Astronomiya və astrofizikanın aktual problemləri” adlı I Respublika Konfransı başa çatıb

04-05 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) tərəfindən təşkil olunmuş “Astronomiya və astrofizikanın aktual problemləri” adlı I Respublika Konfransı öz işini uğurla başa vurub. Şamaxı Astrofizika Rəsədxanasının Y. Məmmədəliyev qəsəbəsindəki  inzibati binasında keçirilən tədbirdə bir çox universitet və elmi müəssisələrin nümayəndələri, həmçinin dəvət olunmuş qonaqlar iştirak edib.

İki gün ərzində 6 bölmə üzrə elmi məruzələr təqdim olunub. Astrofizikanın müxtəlif sahələrinə dair nəzəri tədqiqatlar, ulduz astrofizikası, dəyişən ulduzlar, Günəş və Günəş sistemi cisimləri, nəhəng planetlər, qalaktikadankənar obyektlər (qalaktikalar, kvazarlar, qamma-şüa mənbələri), astronomik müşahidələr və metodlar, kosmik rəsədxanalar, Azərbaycanda astronomiya elmi irsi və biliklərin ötürülməsi mövzuları üzrə ümumilikdə 54 məruzə dinlənilib. Paralel olaraq konfrans çərçivəsində “Nonclassical Models on Modern Mathematical Physics and its Applications to Physics, Aerodynamics, Astrophysics and Stellar Astronomy” adlı vörkşop keçirilib. Vörkşopda müasir riyazi-fizikanın qeyri-klassik modellərinin astrofizikaya tətbiqi məsələləri müzakirə edilib.

Konfransda həmçinin bu il 70 yaşı tamam olan, uzun illər səmərəli fəaliyyəti ilə seçilən və Azərbaycan və dünya astronomiya elminə özünəməxsus töhfələr vermiş görkəmli astronom alimlərin - müxbir üzvlər Namiq Cəlilov və Əyyub Quliyev, professor Nəriman İsmayılov, astronomiya elmləri doktoru Zahir Səmədov, fizika-riyaziyyat üzrə fəlsəfə doktorları Bayram Rüstəmov, Əliqulu Xəlilov, Nazim Hüseynov və Bahadır İsmayılovun yubileyləri qeyd olunub. Onların yetirmələri tərəfindən alimlərin həyat və yaradıcılığı haqqında çıxışlar edilib və yubilyarlara ŞAR Həmkarlar İttifaqı Təşkilatı tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Tədbirin sonunda isə konfransda məruzə ilə çıxış edən hər bir iştirakçı sertifikatla təltif olunub.  

Qeyd edək ki, təqdim olunmuş elmi məruzələrin toplusunu ehtiva edən konfrans materiallarının ilin sonunadək xüsusi buraxılışla dərc olunması nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad olunması zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025