Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin artaraq M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4199 və 4197 oblastlarındakı M4.5 sinifli alışmalar olmuşdur. Alışmalar nəticəsində radio siqnalların ötürülməsində R1 səviyyəli fasilələr yaranmış və Yerə də təsir edəcək Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 11 ləkə qrupunda 188 ləkə, həmçinin cənub yarımkürəsind Tac Dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində orta və yüksək səviyyədə (maks: 1860 pfu) olmuşdur. 10 MeV-dən çox enerji yüklü proton seli də yüksələrək 25-28 avqust tarixlərində S1 səviyyəli zərrəcik qasırğası yaratmışdır.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 499 km/san–dək artmışdır Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 10 nT, radial istiqamətdə isə -7 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 405 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.25 nT, radial istiqamətdə isə 2.36 nT təşkil edir.
Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi sakit və qeyri-sabit səviyyələr arasında dəyişmişdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (01-07 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək olacağı gözlənilir. Həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinədək yüksəlmə ehtimalı var.
Günəş küləyi sürətinin mənfi qütblü Tac Dəliklərinin Axınlarının və həmçinin 30 avqustda atılmış TKA-nın təsiri ilə artacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 5-80%, orta coğrafi enliklərdə isə 25-30%-dir.
Geomaqnit sahəsi – mənfi qütblü Tac Dəliyinin, əlavə olaraq 30 avqustda Günəşi tərk etmiş TKA-nın təsiri ilə 01-03 sentyabr tarixlərində zəif (G1)-güclü (G3) geomaqnit qasırğası gözlənilir. Əgər sonradan gələn digər TKA-ın da təsir əlavə olunarsa, qasırğanın G4 (şiddətli) səviyyəsinə yüksəlməsi ehtimalı var.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.