Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı qismən artmışdır. Maksimal sinifli alışma M4.6 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II tip radio emissiya qeydə alınmışdır. Həmçinin hesabat dövrü ərzində Tac Kütlə Atılmaları (TKA) qeydə alınıb. Günəşin səthində ləkələrin sayı artaraq 8 ləkə qrupunda 102 ləkə müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində orta və yüksək səviyyədə olmuş və 2222 pfu-dək, 10 MeV-dən çox enerji yüklü proton seli isə yüksələrək S1 səviyyəli prpton qasırğası baş vermişdir.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 842 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 19 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 412 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 8.43 nT, radial istiqamətdə isə 5.09 nT təşkil edir.Geomaqnit sahəsini 19 avqustda G1 səviyyəli geomaqnit qasırğası qeydə alınmışdır. Hal-hazırda Kp indeksinin göstəricisi 1.8-dir və kosmik hava sakitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (25 - 31 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 45%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selininin və 10 MeV-dən çox enerji yüklü proton selinin yüksək səviyyələrdə olacağı gözlənilir.
Günəş küləyinin mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə sürətinin yenə də normadan yüksək olacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 10-50%, orta qütb dairələrində isə 35-1%-dir.
Geomaqnit sahəsi – mənfi qütblü Tac Dəliyi Axınlarınının sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi proqnozlaşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.