Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
19.08.2025 12:08 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı azalmışdır, M sinif alışmalar əsasən 4168 regionunda qeydə alınmış və maksimal sinifli alışma M2.2 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radiorabitədə R1 səviyyəli fasilələr, II tip radio emissiya qeydə alınmışdır. Həmçinin hesabat dövrü ərzində Tac Kütlə Atılmaları (TKA) və rekurrent Tac Dəlikləri müşahidə olunub. Günəşin səthində ləkələrin sayı azalaraq 5 ləkə qrupunda 73 ləkə müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə olmuş və 9365 pfu-dək artmışdır. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 710 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -7 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 407 km/san,planetlərarası maqnit sahəsinin maksimal qiyməti 9.17 nT, radial istiqamətdə isə -5.09 nT təşkil edir. Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi aktiv-sakit səviyyələr arasında dəyişmişdir. Hal-hazırda kp indeksinin göstəricisi 2-dir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (18-25 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 35%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 5%,X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək, 10 MeV-dən çox enerji yüklü proton selinin fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyinin mənfi qütblü Tac Dəliyi Axınlarının və 17 avqustda baş vermiş TKA-nın təsiri ilə sürətinin yenə də normadan yüksək olacağı gözlənilir.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 5-65%, orta qütb dairələrində isə 35-10%-dir.

Geomaqnit sahəsi – mənfi qütblü Tac Dəliyi Axınlarınının və 17 avqustda baş vermiş TKA təsiri ilə bu gün və sabah G1 səviyyəli geomaqnit qasırğası gözlənilir. Sonrakı günlərdə isə sakit və qeyri-sabit səviyyələr arasında dəyişəcəyi proqnozlaşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025