Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astrofizik alimin adı kosmosda əbədiləşdirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astrofizik alimin adı kosmosda əbədiləşdirilib
12.08.2025 09:08 / MÜHÜM HADİSƏLƏR Astrofizik alimin adı kosmosda əbədiləşdirilib

Beynəlxalq Astronomiya İttifaqının (BAİ) qərarına əsasən kiçik planetlərdən birinə məşhur astrofizik alim, fizika-riyaziyyat elmləri namizədi Faiq Musayevin adı verilib.

Kataloq nömrəsi 553035 olan asteroid 10 yanvar 2011-ci il tarixində Timur Kryaçko və Boris Satovski tərəfindən Zelençuk stansiyasında kəşf edilib. Hərəkət zonası Mars və Yupiter planetlərinin arasındakı asteroid qurşağı olan bu kiçik planet cari ilin birinci rübünədək şərti olaraq 2011 AM34 adlandırılıb. 

Faiq Adil oğlu Musayev 19 avqust 1959-cu ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olmuşdur. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmiş və gənc mütəxəssis kimi Kosmik Tədqiqatlar İnstitutunda əmək fəaliyyətinə başlamışdır.

1982-ci ildən Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi vəzifəsinə işə qəbul edilmişdir. Burada uzun illər boyunca elmi fəaliyyətlə məşğul olmuş alim, 1992-ci ildə dünyanın ən məşhur astrofizika mərkəzlərindən biri olan Rusiya Elmlər Akademiyasının Xüsusi Astrofizika Rəsədxanasında dissertasiya işini uğurla müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.

1995-ci ildən öz xahişi ilə Şamaxı Astrofizika Rəsədxanasından işdən çıxmış və həmin ildən Xüsusi Astrofizika Rəsədxanasında elmi fəaliyyətini davam etdirmişdir. Faiq Musayev, orada fəaliyyət göstərdiyi müddət ərzində teleskoplar üçün spesifik elektron işıqqəbuledicilərinin yığılması ilə bağlı böyük təcrübə qazanmış, optik cihazların yığılmasında yüksək kvalifikasiyalı eksperimentator-spektroskopist kimi özünü təsdiq etmişdir. Onun Rusiya, Polşa, Bolqarıstan və Türkiyə kimi ölkələrin Rəsədxanalarındakı teleskoplar üçün yığdığı cihazlar böyük müvəffəqiyətlə sınaqdan keçmiş və özünü doğrultmuşdur. Alimin hazırladığı cihazlarda alınmış yüksək keyfiyyətli müşahidə materialları əsasında müxtəlif müəlliflər tərəfindən maraqlı nəticələr alınmışdır.

Qeyd edək ki, Faiq Musayevin Şamaxı Astrofizika Rəsədxanası ilə Xüsusi Astrofizika Rəsədxanası arasında əlaqələrin genişləndirilməsində, Rəsədxana teleskoplarında qurulan optik cihazların hazırlanmasında da xüsusi xidmətləri olmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025