Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq, əsasən M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4168 oblastındakı M3.9 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq 10 sm diapazonda radioalışma, radio rabitədə R1 səviyyəli fasilələr, II-IV tip radio emissiya, 10 sm dalğa uzunluğunda radio alışmalar və ən əsası birbaşa Yerə yönəlmiş Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 11 ləkə qrupunda 155 ləkə və cənub yarımkürəsində böyük Tac dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli 9 avqustda 3694 pfu-dək yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 839 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 17 nT, radial istiqamətdə isə -15 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 534 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.58 nT, radial istiqamətdə isə -1.71 nT təşkil edir.
Hesabat dövründə 05 avqustda baş vermiş M4.4 sinifli alışmaya bağlı TKA qeyd olunmuşdur. Günəş ləkəsi mərkəzi meridian yaxınlığında yerləşdiyindən və Tac Dəliklərini də əlavə təsiri nəticəsində 08-10 avqust trixlərində G1-G2 səviyyəli geomaqnit qasırğası müşahidə olunmuşdur. Hal-hazırda kp indeksinin göstəricisi 4.4-dür və kosmik hava aktivdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (11-17 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron və 10 MeV-dən çox enerji yüklü proton selinin 11-13 avqustda yüksək səviyyədə olacağı gözlənilir.
Günəş küləyinin müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri ilə sürətinin yenə də yüksək olacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 15-50%, orta qütb dairələrində isə 40-5%-dir.
Geomaqnit sahəsi – müsbət qütblü Tac Dəliyi Axınlarınının təsiri ilə 11-13 avqustda G1 səviyyəli geomaqnit qasırğası, sonra isə 18 avqustadək qeyri-sabit və sakit səviyyələrdə olacağı proqnozlaşdırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.