Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin artaraq uzun müddətdən sonra M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4168 oblastındakı M2.95 sinifli alışma olmuşdur. Alışmalar nəticəsində radio siqnalların ötürülməsində R1 səviyyəli fasilələr yaranmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 118 ləkə müşahidə olunur, həmçinin cənub yarımkürəsindəbir necə günə geoeffektiv olacaq bğyük Tac Dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində normal və orta səviyyədə (maks: 1872 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 866 km/san–dək artmışdır və daimi normadan yüksək olmuşdur. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -9 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 475 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 7.01 nT, radial istiqamətdə isə -0.63 nT təşkil edir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (04-10 avqust) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin mənfi qütblü Tac Dəliklərinin Axınlarının geoeffektiv olması nəticəsində sürətinin artacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 15-45%, orta coğrafi enliklərdə isə 35-1%-dir.
Geomaqnit sahəsinin mənfi qütblü Tac Dəliyinin geoeffektiv olması nəticəsində qeyri-stabil və aktiv səviyyələrdə olacağı gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.