30 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Seminara rəhbərlik edən AMEA-nın müxbir üzvü Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin elmi işçiai, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fazil İsmayılov “Yaxın kosmosun monitorinqi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda Yerin və Günəş sisteminin digər planetlərinin monitorinqində istifadə olunan peyklərin əsas xarakteristikaları barədə ətraflı məlumat verib. Daha sonra Landsat, Terra və Aqua, Azərskay peyklərinin məsafədən zondlama görüntüləri üzərində müqayisəli təhlilin nəticələrini təqdim edib.
Çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.