Ekskursiyalar Saytın xəritəsi
AZEN
Bətəlqeyzənin qoşa ulduz olması aşkar olundu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Bətəlqeyzənin qoşa ulduz olması aşkar olundu
23.07.2025 12:07 / ASTRO XƏBƏRLƏR Bətəlqeyzənin qoşa ulduz olması aşkar olundu

Səmada insanlar tərəfindən qədim zamanlardan tanınan Bətəlqeyzenin əslində qoşa ulduz sistemi olduğu məlum olub. Belə ki, ulduzun 6 illik periodla parlaqlığının zəifləməsi, çox dar orbitə malik ikinci ağ-mavi peyk ulduz tərəfindən tutulması ilə əlaqəlidir. Bu sistemin qoşalığı NASA-nın Eyms Tədqiqat Mərkəzinin əməkdaşları tərəfindən birbaşa görüntüləmə ilə təsdiqlənib. Səma cisiminin birbaşa şəklinin çəkilməsi vasitəsilə olan bu kəşf olduqca nadir hadisədir və burada istifadə olunmuş texnologiya yeni kəşflər üçün yol açacaqdır.  

Məlumat üçün bildiririk ki, ulduzda müşahidə olunan periodik zəifləmələr, onun qoşa sistem olması ehtimalını ortaya qoysa da, Habl və Çandra teleskopları ilə aparılan müşahidələr zamanı ikinci ulduzu aşkarlamaq mümkün olmamışdı. Lakin bu dəfə ulduzun görüntüsü “Gemini North” teleskopunda “Alopeke” cihazı vasitəsilə əldə edilib. Sistemin dəqiq görüntülərini almaq üçün çox yüksək bucaq ayırdetməsinə malik texnologiya və qısa müddətli ekspozisiyalardan istifadə olunub ki, atmosferdə baş verən dəyişikliklər görüntünü təhrif edə bilməsin.

Tədqiqat qrupu nəinki zəif ulduzun şəklini çəkə bilib, həmçinin onun xarakterisitikalarını müəyyənləşdiriblər. Bu, çox isti, təxminən 1.5MꙨ kütləsinə malik ağ-mavi ulduzdur. Ulduz hələ çox cavandır və baş ardıcıllığa daxil olmayıb. Peyk ulduz baş ulduzdan təxminən 4 a.v məsafədə yerləşir. Bu məsafə bu tip sistemlər üçün çox kiçikdir və peyk dartılmış orbit boyunca hərəkət edir. Bir sözlə sadalanan xüsusiyyətlər qoşa sistemlər üçün nadir görüləndir.  

Bətəlqeyzə Orion bürcündə yerləşən səmada ən parlaq ulduzlardan biridir. Bu qırmızı ifratnəhəngin radiusu Günəşin radiusundan ~700 dəfə böyükdür və hələ min illər öncə insanlara məlum olan ulduzlardan biridir. Ulduzun parlaqlığı 400 gündən bir və 6 illik periodla dəyişir. 2019-2020-ci illərdə Bətətlqeyzənin parlaıqlığınını minimuma düşməsi səbəbi də elə onun ikinci ulduz tərəfində tutulması imiş. O zaman ulduzun parlaqlığının zəifləməsini artıq ifratyeni kimi alışmağa doğru getməsi, sonra isə qarşısının nəhəng molekulyar bulud ilə örtülməsi ilə izah olunmuşdu.

Peyk ulduzun kəşfi, sistemin gələcək taleyinə də aydınlıq gətirmiş oldu. Belə ki, ikinci ulduz kütləcə daha kiçik və gənc olmasına baxmayaraq, Bətəlqeyzənin sürətli təkamülü nəticəsində yaxın 10 000 il ərzində onun güclü qravitasiya təsiri altında məhv olacaq.

Qeyd edək ki, tədqiqat işi “The Astrophysical Journal Letters” çapa təqdim olunub və “arxiv.org” serverində yerləşdirilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025