Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmişdir, maksimal sinifli alışma isə C5.9 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq, II tip radio emissiya qeydə alınmışdır və bir neçə II dərəcəli Tac Kütlə Atılmaları qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 10 ləkə qrupunda 139 ləkə və Tac dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində yüksək səviyyədə (14494 pfu), 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 789 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 11 nT, radial istiqamətdə isə -9 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (387 km/san), planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.98 nT, radial istiqamətdə isə -0.5 nT təşkil edir.
Hesabat dövründə 14-17 iyun tarixlərində G1 geomaqnit qasırğası və aktiv səviyyələr müşahidə olunmuşdur
Kosmik hava proqnozu – Proqnoz günlərində (21-27 iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron və 10 MeV-dən çox enerji yüklü proton selinin səviyyələrinin yüksəlməsi ehtimalı var.
Günəş küləyi sürətinin mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 15-10%, orta coğrafi enliklərdə isə 10-1%-dir.
Geomaqnit sahəsinin sakit, 23 iyuldan isə mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri il aktiv səviyyələrə də yüksləcəyi gözlənilir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.