Yeyl və Kopenhagen Universitetlərinin təqdiqat qrupu Ceyms Vebb teleskopu vasitəsilə alınmış mteriallarda “Sonsuzluq Qalaktikası” adlandırılmış qəribə qalaktika kəşf ediblər.
İki qalaktikanın toqquşmasından sonsuzluq formasını alan qalaktikanın qalıq qalaktikaların nüvəsində yerləşən qara dəliklərdən əlavə, birləşmə nöqtəsində, geniş qaz buludunda supermassiv qara dəliyin olması aşkar olunub. Alimlər düşünür ki, qara dəlik elə bu qaz buludundan yaranıb. Bu fikir təsdiqlənərsə, astrofizikada qara dəliyin birbaşa kollpasdan yaranmasının ilk müşahidəsi olacaq. Bu kəşf, ilkin kainatda müşahidə olunan supermassiv qara dəliklərlə bağlı məsələnin həlli ola bilər.
Ceyms Vebbin üç il boyunca müşahidələri göstərdi ki, Böyük Partlayışdan cəmi 500 milyon il sonra supermassiv qara dəliklər müşahidə olunur. Bu isə problemdir, çünki klassik sxemə əsasən supermassiv qara dəliklərin kiçik qara dəliklərin ardıcıl birləşmələri nəticəsində əmələ gəlir. Bu prosesin başlaması üçün ulduzların ilk nəslinin əmələ gəlməsini, təkamül edərək ifratyeni kimi alışmalarını gözləmək lazımdır. Nəticədə yaranan qara dəliklər bir sıra birləşmələrdən və ulduzlararası qaz və tozla intensiv qidalanma dövrlərindən keçəndən sonra super qara dəliklər formalaşa bilərdi. Bu isə uzun vaxt tələb edir və ən azından milyard il lazımdır, yəni kainat yarandıqdan bir neçə milyon il sonra supermassiv qara dəliklər müşahidə olunmamalı idi. Bu səbəbdən kainatın yarandığı ilk vaxtlarda supermassiv qara dəliklərin mövcudluğu qaz buludunun birbaşa kollapsı nəticəsində yaranması ehtimalı üzərində dayanmalı oluruq. Burada isə problem odur ki, qaz-toz dumanlıqlarında adətən ulduzlar yaranır və qaz buludunun birbaşa qara dəliyə kollaps etməsi mexanizmi hələki izah olunmaz qalır.
Tədqiqat qrupu hesab edir ki, toqquşma zamanı şok zərbəsi nəticəsində sıx düyünlər yarana və kollaps edərək ulduz əvəzinə qara dəlik formalaşdıra bilər. Lakin müşahidə olunan qara dəlik həmin yerdə yaranıb, yoxsa qalaktikanın cazibə qüvvəsi ilə tutulub, yaxud da üçüncü, yaxın bir qalaktikanın nüvəsi olub-olmadığı hələ dəqiq məlum deyil. Çandra Rentgen Rəsədxanasında qara dəliyin şüalanmasının artması və böyüməsi müşahidə olunur. Ulduzları fonda seçilməyəcək qədər kiçik cırtdan qalaktikaların nüvəsində isə supermassiv qara dəlik olmur. İki nüvə arasında ionlaşmş hidrogenin miqdarı və qara dəliyin hərəkət sürəti ilə qazın hərəkət sürətinin uyğunlaşması isə qara dəliyin məhz toqquşma nöqtəsində yarandığını göstəricisidir. Tədqiqat qrupunun növbəti addımı bu faktoru daha dəqiq ölçmək olacaq. Tədqiqat qrupunun üzvü Van Dokkum bildirib ki, bu sistemdə üç qara dəliyin olması təsdiqlənib. Qalaktikanın hər iki nüvəsində aktiv superrmassiv qara dəliklərdən əlavə, onların arasında yaranmış 3-cü qara dəlik ola bilər. Qazın yayılma sürətinin dinamikası qara dəliyin məhz orada yaranmasına işarə edir.
Qeyd edək ki, tədqiqat işi “The Astrophysical Journal Letters”də çap olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.