Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.
Seminara rəhbərlik edən AMEA-nın müxbir üzvü Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.
Sonra ŞAR-ın “Nəzəri Astrofizika və kosmologiya” şöbəsinin müdiri, fizika riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Bala Əli Rəcəbov “Qara dəliklər və yeni fizika” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi seminarda qara dəliklərin öngörümü və aşkar edilməsi, onların növləri, entropiya problemi, müasir kosmologiyada yeri, elementar zərrəciklər fizikası ilə müqayisəsi, qaranlıq enerji ilə qarşılıqlı təsiri, o cümlədən yeni fizikanın yaranmasında rolu barədə ətraflı məlumat verib.
Çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.