Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı qismən artmışdır. Maksimal sinifli alışma M2.4 sinifli alışma olmuş, Tac Kütlə Atılmaları, radiosiqnalların ötürülməsində R1 səviyyəli fasilələr qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 7 ləkə qrupunda 102 ləkə və cənub yarımkürəsində böyük Tac Dəliyi müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində 2332 pfu-dək yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 731 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 14 nT, radial istiqamətdə isə -11 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 514 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.67 nT, radial istiqamətdə isə 2.85 nT təşkil edir
Mənfi qütblü Tac Dəliyi Axılarının təsiri ilə 07 iyul G1 (qısamüddətli G2 səviyyəsi qeydə alınmışdır), sonra isə 11-13 iyulda fasilələrlə geomaqnit sahəsini aktivliyi yenidən G1 səviyyəsinə yüksəlmişdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (14-20 iyul) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyi sürətinin müşahidə olunan müsbət qütblü Tac Dəliyi Axınlarına bağlı olaraq bağlı olaraq 16 iyuladək normadan yüksək qalacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı yüksək qütb dairələrində 15-45%, orta coğrafi enliklərdə isə 30-1%-dir.
Geomaqnit sahəsi – müsbət qütblü Tac Dəliyinin təsiri ilə gün ərzində yenidən G1 səviyyəli - zəif geomaqnit qasırğası olması ehtimalı var.Sonrakı günlərdə geomaqnit sahəsinin isə sakit və qeyri-stabil səviyyələrdə olacağı proqnozlaşdırılır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.