21 iyun saat 06:42-də Şimal yarımkürəsində Yay fəsli başlayacaq. Bu zaman (Yay günəşduruşu günü) Yerin Şimal yarımkürəsi maksimal şəkildə Günəşə tərəf yönəlir. Bu isə öz növbəsində şimal yarımkürəsində astronomik yayın, cənub yarımkürəsində isə astronomik qışın başlanğıcıdır.
Günəşin zahiri illik hərəkəti Yerin Günəş ətrafında hərəkətinin təzahürüdür. Bir il ərzində Günəşin səmada cızdığı yola ekliptika deyilir. Ekliptika 12 bürcdən keçir ki, həmin bürclər də zodiak bürcləri adlanır. Ekliptika müstəvisi ekvator müstəvisi ilə 23°26’ bucaq əmələ gətirir. Yeni Yerin orbiti Günəşin müstəvisinə 23°26’ meyllidir. Ümumilikdə bu meyllilik isə ekvatordan başlayaraq qütblərə doğru müxtəlif coğrafi enliklərdə gecə və gündüzün uzunluğunun il boyunca dəyişməsinə səbəb olur.
Ekvatorda (0°) gecə və gündüzün uzunluğu il boyu dəyişməyib 12 saat olur. Şimal tropikində isə (23°26’) yay günəşduruşu günü günəşin meyli məhəllin coğrafi enliyinə bərabər olduğu üçün günorta günəş zenitdən keçir. Günəş il ərzində hər gün doğur və batır. Gecə və gündüzün uzunluğu dəyişir. Şimal qütb dairəsində (66°34') günəş batmır və 24 saat gündüz olur və daha yuxarı coğrafi enliklərdə bu 6 ayadək, yəni qış günəşduruşunadək davam edir. Cənub yarımkürəsində isə bütün bunların əksi baş verir. Bizim yerləşdiyimiz coğrafi enlikdə isə gündüzün maksimal uzunluğu 15s03d24san və Günəşin üfüqdən hündürlüyü isə 73° olur.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.