Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kainat qara dəliyin içindədirmi?! - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kainat qara dəliyin içindədirmi?!
19.06.2025 12:06 / ASTRO XƏBƏRLƏR Kainat qara dəliyin içindədirmi?!

Ceyms Vebb teleskopu vasitəsilə alınmış müşahidə materiallları əsasında Böyük Partlayışdan cəmi 300 milyon il sonra yaranmış 263 qalaktikanın fəzada fırlanma istiqamətini Kanzas Dövlət Universitetinin professoru Lior Şamir tərəfindən araşdırılıb. Məlum olub ki, bu qalaktikaların 60%-i saat əqrəbi, 1/3 hissəsi isə əksinə fırlanır. Fərqin səbəbi erkən kainatın quruluşu ilə əlaqəli ola bilər, lakin bu, həm də qalaktikaların daxili quruluşuna bağlı ola bilər. Bu isə fərz olunanın əksinədir. Belə ki, indiyədək hesab olunurdu ki, kainat ilk yarandığı vaxt qalaktikaların fırlanması xaotik olub və kainatın genişlənməsinin müəyyən bir qanunauyğunluğu yoxdur.

Araşdırmaya əsasən kainat yaranandan müəyyən struktura malik olub və ola bilsin fırlanırmış. Həmçinin digər müəmmalı məsələlər – “kosmoloji gərginlik” və qalaktikaların çox yüksək qırmızı sürüşməyə malik olmaları kainatın necə yarandığını, ölçüləri və yaşı haqqında formalaşmış fikirləri sual altında qoyur. İlkin kainatda qalaktikaları hansı qüvvənin eyni istiqamətdə fırlatması məsələsi, kainatın ümumiyyətlə qara dəliyin içində yerləşməsi suallarını da özü ilə bərabər gətirir. Əgər irəli sürülmüş mülahizələr sübut olunarsa, o zaman kainat haqqında fundamental nəzəriyyələrə yenidən baxılmalı və bu halda necə yarandığını izah etmək üçün yeni modellər yaratmaq lazım gələcək.

Tədqiqatın əsas çətinliyi Doppler effektidir. Çünki qalaktikaların hərəkət sürəti bizə tərəf necə yönəldiklərindən asılıdır. Alimlər daha dəqiq nəticələr əldə etmək üçün James Vebb Teleskopunu tənzimləməli olacaqlar, bu isə kosmosda dəqiq müşahidələr aparmağın nə qədər çətin olduğunu göstərir.

Qeyd edək ki, mövzu ilə bağlı son məqalə “Monthly Notices of the Royal Astronomical Society” jurnalında çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025