Ekskursiyalar Saytın xəritəsi
AZEN
“Milçək gözü” teleskopu müşahidələrə hazırdır - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
“Milçək gözü” teleskopu müşahidələrə hazırdır
13.06.2025 12:06 / ASTRO XƏBƏRLƏR “Milçək gözü” teleskopu müşahidələrə hazırdır

Avropa Kosmik Agentliyi (ESA) potensial təhlükəli asteroidləri aşkarlamaq üçün məhz böcəklərin gözünün anatomik quruluşu əsasında hazırlanmış teleskopunu işə salır. “Flyeye” yəni "Milçək gözü" adı verilmiş teleskop bir optik kanal əvəzinə eyni zamanda səmanı izləyən 16 kanallı qəbuledici ilə təchiz olunmuşdur. Nəticədə teleskopun 1 m-lik güzgüsü 16 kanallı qəbuledicilər sayəsində hətta çox zəif və sürətli obyektləri aşkar etməyə qadirdir. Teleskopun 45 kv. dərəcəlik görüş sahəsi səmada Ay diskindən 200 dəfə böyük sahəni müşahidə etməyə imkan verir.  Bu isə eyni zamanda daha çox göy cisminin müşahidəsi imkanı deməkdir.

“Flyeye” tam avtomatlaşdırılıb və hər gecə səmanı insan müdaxiləsi olmadan müşahidə edəcək. Onun vəzifəsi potensial təhlükəli asteroid və kometləri tapmaqdır. Bütün məlumatlar ESA Koordinasiya Mərkəzinə göndəriləcək və burada emal olunacaq. Əgər təhlükəli obyekt aşkar olunarsa, onun trayektoriyası dəqiqləşdiriləcək və lazım gələrsə, Yerətrafı bütün məlum obyektlərin Beynəlxalq Astronomiya İttifaqı tərəfindən təsis olunmuş məlumat bazası olan Cırtdan Planetlər Mərkəzinə yönləndiriləcək.

Teleskop bu ay ərzində Siciliyada yerləşən Monte Mufara Rəsədxanasına təhvil veriləcək. Dəniz səviyyəsindən 1865 metr yüksəklikdə yerləşən bu rəsədxana, “ATLAS” teleskopu, “Zwicky Transient Facility” və hazırda inşa olunan “Vera Rubin” teleskopu da daxil olmaqla, qlobal astronomik müşahidə şəbəkəsinin bir hissəsi olacaq. Belə ki, gələcəkdə şimal və cənub yarımkürələri arasında bərabər paylanmış dörd belə teleskopdan ibarət şəbəkənin yaradılması planlaşdırılır. Bu, müşahidələrin dəqiqliyini və müntəzəmliyini artıraraq, hava şəraitindən asılılığı azaldacaq. Potensial təhlükə nə qədər tez aşkar edilərsə, təhlil və tədbirlər üçün bir o qədər çox vaxt olacaq. Qeyd edək ki, “Flyeye-1” teleskopu 2016-cı ildə layihələndirilib və bu il rəsmi olaraq istifadəyə verilib. 2028-ci ildə isə “Flyeye-2” teleskopunun fəaliyyətə başlaması planlaşdırılır, ikinci teleskopun Cənub yarımkürəsində yerləşdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025