Ekskursiyalar Saytın xəritəsi
AZEN
12 aprel - Ümumdünya Kosmonavtika Günüdür - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
12 aprel - Ümumdünya Kosmonavtika Günüdür
10.04.2018 14:04 / MARAQLI MƏLUMATLAR 12 aprel - Ümumdünya Kosmonavtika Günüdür

İnsanın kosmosa ilk uçuşundan 57 il ötür.
SSRİ Ali Sovetinin 9 aprel 1962-ci il tarixli qərarı ilə 12 aprel-Ümumdünya Kosmonavtika günü elan olunub. Bu günün keçirilməsinə səbəb isə 57 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Y.Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu.

Yuri Qaqarin 1941-ci ilin sentyabrında orta məktəbin birinci sinfinə gedir. Lakin müharibə təhsilini davam etdirməyə imkan vermir. 1951-ci ildə sənət məktəbini bitirir. Həmin ilin avqustunda Qaqarin Saratov sənaye texnikumuna daxil olur və oktyabr ayından Saratov aeroklubunun üzvü olur.

1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq "Yak-18" təyyarəsində ilk dəfə sərbəst uçuş edir. Sonra hərbi xidmətə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məkətbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o, bu məktəbi bitirir.
1959-cu ildə ərizə ilə kosmonavtlığa namizədlərin siyahısına götürülməsini xahiş edir. Y.Qaqarin iki tibbi ekspertizanı keçəndən sonra 1960-cı ildən general Verşinin əmri ilə kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir.

1961-ci ildə ABŞ ilə raket yarışmasında qabağa çıxmaq istəyən Serqey Korolyov namizədlər arasından 6 nəfəri seçir. Onların arasında Qaqarin də vardı. Kimin kosmosa uçması sonuncu dəqiqəyə qədər gizli saxlanılır. Son anda Qaqarin və onun əvəzləyicisi Titov seçilir.
Uçuşa 12 aprel 1961-ci ildə Baykonur aerodromundan start verilir.

Qaqarin "Vostok" gəmisində kosmosa uçuşu uğurla həyata keçirir. Onun bəşər tarixində atdığı bu ilk və cəsarətli addım təkcə ölkə daxilində deyil, həm də xaricdə yüksək qiymətləndirilir. Adı bir an içərisində bütün dünyada məşhurlaşır. Təəssüf ki, ilk kosmonavtın ömrü qısa olur. O, 27 mart 1968-ci ildə sınaq uçuşu zamanı təyyarədə qəzaya uğrayır və həlak olur. Kosmosun ilk fatehinin əziz xatirəsi dünyanın hər yerində dərin hörmətlə anılır. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025