Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib
06.04.2018 17:04 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib

Aprelin 6-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçirilib. 

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, f-r.ü.f.d Elçin Babayev astroseminar haqqında tədbir iştirakçılarına məlumat verib.

Sonra AMEA Fizika İnstitutunun elmi işçisi Günel Məmmədxanova “Orion dumanlığı proplidlərinin səthi fotometriyası: I. Metodik hissə” mövzusunda (N.Z.İsmayılov, G.B.Məmmədxanova) məruzəsini təqdim edib.

Məruzəçi qeyd edib ki, Böyük Orion Dumanlığı (BOD) (NGC 1976, M42) ulduzəmələgəlmə prosseslərinin, ulduz təkamülünün erkən mərhələlərində baş verən fiziki prosseslərin öyrənilməsi üçün unikal oblastdır. Bu dumanlıqda parlaq OB ulduzların şüalanmasının təsirilə formalaşan böyük НII oblastları var.

G.Məmmədxanova bildirib ki, Oriondakı parlaq ulduz oblastlarından Trapesiya ulduzlarını misal göstərmək olar: “Dumanlığın yaxın infraqırmızı (İQ) diapazonda alınmış təsvirləri həmin ulduzlardan 1 pc məsafədə çoxlu sayda formalaşmaqda olan cavan ulduzların toplandığını aşkar etməyə imkan vermişdir. İlk dəfə belə obyektləri O’Dell və b. (1993) “proplidlər”–protoplanet diskləri adlandırmış və onların ümumi xarakteristikalarını təsvir etmişdir. Proplidlər cavan ulduz obyektləri ətrafında olan–işıqsaçan ulduzətrafı disklərdir. Onlar: 1–CUO ətrafında olan ulduzətrafı diskdən,  2–qövsvarı parlaq baş hissədən, 3–dayanıqlı zərbə cəbhəsindən, 4–quyruqdan ibarətdir. BOD-da isti ulduzlardan gələn ultrabənövşəyi şüalanmaya məruz qalan protoplanet disklərdə planetlərin formalaşması, adi ulduzlararası mühitdə planetəmələgəlmə prosseslərindən əhəmiyyətli dərəcədə fərqlənməlidir”

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025