Ekskursiyalar Saytın xəritəsi
AZEN
Son 20 ilin ən güclü geomaqnit qasırğası ciddi zərərlərə səbəb olub - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Son 20 ilin ən güclü geomaqnit qasırğası ciddi zərərlərə səbəb olub
14.05.2025 17:05 / ASTRO XƏBƏRLƏR Son 20 ilin ən güclü geomaqnit qasırğası ciddi zərərlərə səbəb olub

Amerika Birləşmiş Ştatlarının “Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyi” (NASA), 2024-cü ilin 10 mayda baş vermiş ekstremal qasırğa səviyyəsində (G5) qiymətləndirilən geomaqnit qasırğasının nəticələrini açıqlayıb. Bu hadisə həm Günəşin 25-ci aktivlik tsiklinin, həm də son 20 ilin ən güclü geomaqnit qasırğası kimi tarixə düşüb.

Geomaqnit sahəsinin təsirindən ABŞ-ın kənd təsərrüfatı bölgəsi olan Midvertdə traktorların GPS naviqasiya sistemləri sıradan çıxıb və fermerlər orta hesabla 17 min dollar maddi zərərə məruz qalıblar. Artan radiasiya və rabitə pozuntuları səbəbilə transatlantik təyyarə reyslərinin marşrutları dəyişdirilib.

Qasırğa Yer kürəsinin yuxarı atmosferində – termosferdə temperaturun yüksəlməsinə və atmosferin genişlənməsinə səbəb olub. Güclü küləklər nəticəsində azot hissəcikləri qeyri-adi yüksəkliyə qalxıb. Enerji infrastrukturuna da təsir edərək bəzi transformatorların qızmasına və yüksək gərginlikli elektrik xətlərinin sıradan çıxmasına səbəb olub. 

Kosmosda isə bir sıra peyklər bu hadisədən ciddi şəkildə zərər görüb. NASA-nın ICESat-2 də daxil olmaqla bəzi peykləri orbit hündürlüyünü itirib, CIRBE peyki isə vaxtından əvvəl orbitdən çıxıb. Avropa Kosmik Agentliyinin Sentinel peykləri orbitdə toqquşmalardan yayınmaq üçün əlavə enerji sərf etmək məcburiyyətində qalıblar.

Əlavə olaraq tədqiqatçılar Van Allen qurşaqları arasında əvvəllər məlum olmayan iki yeni radiasiya qurşağı aşkar ediblər. Bu kəşf peyklərin və digər kosmik vasitələrin daha effektiv qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Mars orbitindəki MAVEN zondu nadir, parlaq avroralar qeydə alıb, Curiosity isə Mars səthində rekord səviyyədə radiasiya ölçüb. Yer kürəsində isə avroralar təxminən 1000 km hündürlüyə qədər uzanaraq Yaponiyada nadir bənövşəyi çalarlarda müşahidə olunub.

Tədqiqatçılar bu güclü qasırğanı tanınmış geofizik alim Cennifer Qannonun şərəfinə “Qannon qasırğası” adlandırıblar.

Bu kimi hadisələr kosmik hava şəraitinin daim izlənməsinin və proqnozlaşdırılmasının nə qədər vacib olduğunu bir daha ortaya qoyur.

Qeyd edək ki, Günəş hazırda 25-ci aktivlik tsiklindədir və 2024-cü ildə maksimum aktivlik səviyyəsinə çatıb. 2031-ci ilədək isə tədricən sakitləşəcəyi və yeni 11 illik passiv dövrə keçəcəyi gözlənilir. Son sutka ərzində isə Günəşin fəallığı artaraq, X və M sinifli alışmalar qeydə alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025