04-05 sentyabr 2025-ci ildə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Astronomiya və astrofizikanın aktual problemləri” adlı Respublika Konfransı keçiriləcəkdir.
Konfransın keçirilmə yeri - Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi.
Konfransın keçirilməsinin əsas məqsədi Azərbaycanda astronomiya və astrofizika sahəsində aparılan elmi tədqiqatlarda alınmış elmi nəticələrin müzakirə edilməsidir. Bununla yanaşı, 2025-ci ildə 70 yaşı tamam olan, Şamaxı Astrofizika Rəsədxanasında uzun illər səmərəli şəkildə fəaliyyət göstərmiş və dünya astronomiya elminə özünəməxsus töhfə vermiş və dünya elmində sanballı yer tutan görkəmli alimlərin yubileyinin qeyd olunmasıdır. Bu istiqamət üzrə görkəmli Azərbaycan astronomlarının elmi fəaliyyətinə nəzər salınması, onların yetirmələrinin öz elmi rəhbərləri haqqında məruzələrinin dinlənilməsi nəzərdə tutulur. Konfransda həm də gənc doktorant və dissertantların apardıqları elmi tədqiqatlara həsr olunmuş məruzələrin dinlənilməsi planlaşdırılır. Konfransın işçi dili azərbaycan, ingilis və rus dilləridir.
Konfransın elmi təşkilat komitəsinin tərkibi:
N.S.Cəlilov - sədr (Şamaxı Astrofizika Rəsədxanası)
N.Z.İsmayılov (Şamaxı Astrofizika Rəsədxanası)
Ə.S.Quliyev (Şamaxı Astrofizika Rəsədxanası)
C.N.Rüstəmov (Şamaxı Astrofizika Rəsədxanası)
A.İ. Asvarov (Fizika İnstitutu)
K.Alışeva (Bakı Dövlət Universiteti)
F.N.Əfəndiyeva (Xəzər Universiteti)
V.A.Hüseynov (Bakı Mühəndislik Universiteti)
A.H.Məmmədli (Batabat Astrofizika Rəsədxanası)
V.Ə.Məhərrəmov (Azərbaycan Texniki Universiteti)
Konfransın Lokal Təşkilat Komitəsi:
H.N. Adıgözəlzadə - sədr
A.B. Həsənova - müavin
S.R.Rəhimli - müavin
Ü.R. Rüstəm - katib
N.Ə. Hüseynov
O.V. Xəlilov
O.M.Salehli
S.O. Məmmədova
H.Ə.Qasımov
G.M.Hacıyeva
A.B.Rüstəmova
A.F.Abdulkərimova
A.R.İskəndərova
Texniki dəstək
L.H.Səlimzadə
C.C.Tağıyeva
Konfransın katibi:
Ü.R.Rüstəm
e-mail: shao.conference.secretary@gmail.com
əlaqə nömrəsi: (+99470 3555566)
Müzakirələrin istiqamətləri:
1. Astrofizikanın müxtəlif istiqamətlərində nəzəri tədqiqatlar;
2. Ulduz astrofizikası, dəyişən ulduzlar;
3. Günəş və günəş sistemi cisimləri, nəhəng planetlər;
4. Qalaktikadankənar obyektlər: qalaktikalar, kvazarlar, qamma şüalanma mənbələri;
5. Astronomik müşahidələr və metodlar, kosmik rəsədxanalar;
6. Azərbaycanda astronomiya elmi irsi – biliklərin ötürülməsi
Konfransın gündəliyi
Konfrans 04-05 sentyabr 2025-ci ildə ŞAR-ın konfrans zalında keçiriləcəkdir. İki gün ərzində bütün məruzə və müzakirələrin tamamlanması nəzərdə tutulmuşdur. Konfrans zamanı məruzələr ənənəvi forma ilə yanaşı hibrid formada da dinləniləcəkdir. Konfransın gündəliyi 2-ci elanda öz əksini tapacaqdır.
Konfransda iştirak və qeydiyyat
Konfransda Azərbaycanda astronomiya və astrofizika sahəsində elmi tədqiqatlar aparan hər bir şəxs iştirak edə bilər. İştirak etmək üçün linkə daxil olaraq müvafiq formanı doldurmaq lazımdır: Qeydiyyat formu
Təqdim olunan məruzələrə iştirakçıların sayından və məruzənin növündən asılı olaraq 30 dəqiqə (plenar), 10-15 dəqiqə (şifahi) vaxt ayrılacaq. Konfransda əyani iştirak edən iştirakçılar üçün üzvlük haqqı 20 AZN təşkil edir. İştirakçılar üçün 04 sentyabrda Bakıdan rəsədxanaya və 05 sentyabrda rəsədxanadan Bakıya avtobus reysi təşkil olunacaqdır. 04 sentyabrdan 05 sentyabra keçən gecə rəsədxanada gecələmək istəyən iştirakçıların qeydiyyat formunda qeyd etmələri vacibdir.
Tezislərə qoyulan tələblər
Qeyd: Abstrakt forması qeydiyyatdan keçən iştirakçılara birbaşa göndərilir.
Konfrans materiallarının çapı
Konfrans materialları elektron şəkildə ŞAR-ın rəsmi saytında yerləşdiriləcəkdir. Bütün məruzəçilər elektron iştirakçı sertifikatı ilə təmin olunacaqdırlar.
Konfransda edilmiş məruzələr rəydən keçdikdən sonra Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının dövri nəşri olan Azərbaycan Astronomiya Jurnalında (AzAJ) məqalə şəklində çap olunacaqdır. Jurnal məqalələrin beynəlxalq indeksləşməsi üzrə nüfuzlu baza hesab edilən ADS bazasında indekslənir və bütün məqalələri fərdi DOI (Digital Object Identifier) nömrəsi ilə nəşr olunur. Məqalələrin mətni ingilis dilində AzAJ jurnalının qaydaları (bax: AzAJ qaydalar) əsasında tərtib olunmalıdır. Plenar məruzələr 15 səhifə, şifahi məruzələr 10 səhifə, posterlər 4-5 səhifə həcmə malik olmalıdır.
Əsas tarixlər:
13 may 2025 – birinci elan;
16 may 2025 – qeydiyyat başlanır, məruzə tezisləri və qeydiyyat formaları qəbul olunur;
1 avqust 2025 – ikinci elan;
20 avqust 2025 – qeydiyyat bitir;
01 sentyabr 2025 - konfransın proqramı yayımlanır;
04 sentyabr 2025 – konfransın açılışı;
05 sentyabr 2025 – konfransın bağlanışı;
31 oktyabr 2025 – tam məqalələrin qəbulunun son tarixi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.