Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və YAP Yasamal rayon “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin siyasi kursu: dövlətçiliyin və sabitliyin təməl prinsipləri” mövzusunda konfrans keçirilib.
Konfransda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, YAP Yasamal rayon “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Namiq Cəlilov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın direktoru, YAP Yasamal rayon “H.Cavid pr.129” (Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hüseyn Hüseynov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, YAP Yasamal rayon “H.Cavid pr.115” ünvanı üzrə ərazi partiya təşkilatının üzvləri və rəsədxana əməkdaşları iştirak edib.
Konfransdan öncə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən guşəyə və rəsədxanada yerləşən eksponatlara baxış keçirilib.
Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İştirakçıları salamlayaraq konfransı açıq elan edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, YAP Yasamal rayon “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Namiq Cəlilov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu müasir Azərbaycanın dövlətçilik ideologiyasının əsasını təşkil edir. Onun rəhbərliyi ilə ölkədə sabitlik təmin edildi və hüquqi dövlət quruculuğuna start verildi. 1995-ci ildə qəbul edilən Konstitusiya dövlətin hüquqi əsaslarını möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin strateji baxışı ilə Azərbaycanın müstəqilliyi dönməz xarakter aldı. O, milli maraqları və suverenliyi hər şeydən üstün tuturdu. Dövlət institutlarının formalaşması, idarəetmədə səmərəlilik bu siyasətin əsas istiqamətləri idi. Ulu Öndər sabitliyin inkişafın təməli olduğunu sübut etdi. Onun müəyyən etdiyi yol bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev bu kursu daha da inkişaf etdirərək ölkəni yeni zirvələrə aparır. Ulu Öndər Heydər Əliyev irsi daim yaşayacaq və xalqımıza yol göstərəcəkdir.
Növbəti çıxışçı - YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisi və memarıdır. SSRİ dönəmində Azərbaycanın rəhbəri kimi çalışdığı dövrdə respublikanı irəli aparan islahatlara imza atdı. Onun uzaqgörən siyasəti ilə sənaye, kənd təsərrüfatı, elm və təhsil sahələrində böyük inkişaf təmin olundu. Minlərlə azərbaycanlı gəncin keçmiş SSRİ-nin nüfuzlu universitetlərində təhsil almasına şərait yaratdı. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkəni parçalanmadan və vətəndaş müharibəsindən xilas etdi. 1995-ci ildə qəbul olunan Konstitusiya müstəqil Azərbaycanın siyasi sabitliyi və hüquqi əsaslarını müəyyənləşdirdi. Onun əsasını qoyduğu neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi mövqeyini möhkəmləndirdi. Bu strateji xətt bu gün Prezident İlham Əliyevin uğurlu liderliyi ilə daha da inkişaf etdirilir. Prezidentimizin qətiyyəti ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı. Bu gün İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq prosesi ölkəmizin gücünü və sabitliyini əks etdirir. Azərbaycan bu gün enerji, logistika və nəqliyyat sahələrində dünya miqyasında aparıcı rol oynayır. Bu uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin qoyduğu möhkəm təməl və milli dövlətçilik fəlsəfəsi dayanır.
Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış üçün kürsüyə dəvət olunub. O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının taleyində müstəsna rol oynamış böyük dövlət xadimidir. O, hələ Sovet İttifaqı dövründə Azərbaycan SSR-ə rəhbərlik etdiyi illərdə respublikanı geridə qalmış bir bölgədən qabaqcıl və inkişaf etmiş bir respublikaya çevirmişdi. Onun təşəbbüsü ilə yüzlərlə sənaye müəssisəsi yaradıldı, təhsil və mədəniyyət sahələrində böyük irəliləyişlər baş verdi. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində minlərlə gənc SSRİ-nin aparıcı ali məktəblərində təhsil alaraq gələcək Azərbaycan dövlətçiliyinin əsas sütunlarına çevrildi. 1990-cı illərin əvvəllərində ölkədə yaranmış xaos və vətəndaş qarşıdurması şəraitində xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər müstəqil Azərbaycanın dövlətçilik təməllərini qurdu. 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi dövlətin əsasını qoydu və sabitlik üçün zəmin yaratdı. Onun həyata keçirdiyi neft strategiyası və “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinə yol açdı. Bu gün Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək ölkəmizi regional gücə çevirib. Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan tarixi Qələbələrə imza ataraq əldə olunan Zəfərlərlə ölkəmizin ərazi bütövlüyünü, suverenliyi bərpa etdi. Bu zəfərlər Ulu Öndər Heydər Əliyevin qurduğu güclü dövlətin məntiqi nəticəsi oldu. Hazırda işğaldan azad olunmuş torpaqlarda Böyük Qayıdış və genişmiqyaslı bərpa, yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan həm regional, həm də qlobal miqyasda söz sahibi olan dövlətə çevrilib. Bütün bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasəti dayanır.
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxananın direktoru, YAP Yasamal rayon “H.Cavid pr.129” (Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxana) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Hüseyn Hüseynov çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun mərkəzində milli maraqlar və dövlətin suverenliyi dayanırdı. O, hüquqi dövlət və vətəndaş cəmiyyətinin əsaslarını yaradaraq ölkənin gələcəyini təmin etdi. Dövlətçiliyin əsas dayaqları – güclü ordu, stabil iqtisadiyyat və milli həmrəylik onun siyasətində prioritet idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiya xalqın iradəsinin ifadəsi oldu. O, idarəetmədə şəffaflığı və qanunun aliliyini təmin etdi. Ümummilli Liderin siyasi fəlsəfəsi azərbaycançılıq ideologiyasına əsaslanırdı. Onun uzaqgörənliyi Azərbaycanın regional və beynəlxalq nüfuzunu artırdı. Sabitlik və təhlükəsizlik siyasəti ölkənin hərtərəfli inkişafını təmin etdi. Ulu Öndərin təməlini qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kurs Azərbaycanın gələcəyini təmin edən əsas sütunlardan biridir.
Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov öz növbəsində bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqil və güclü dövlətə çevrilməsində müstəsna rol oynamışdır. O, milli təhlükəsizlik və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirmişdir. Dövlətin sabitliyi və inkişafı onun üçün prioritet məsələ idi. Ulu Öndərin təşəbbüsü ilə qəbul olunan Konstitusiya müasir hüquqi dövlətin əsas sənədinə çevrildi. Onun siyasi kursu sosial ədalət, ictimai sabitlik və milli birlik prinsiplərinə əsaslanırdı. Ulu Öndər Heydər Əliyev iqtisadi islahatlar və strateji layihələrlə Azərbaycanın gələcəyini planlaşdırdı. Dövlət idarəçiliyində səmərəlilik və məsuliyyət ön plana çəkildi. Bu kurs sayəsində Azərbaycan dünyada etibarlı və güclü dövlət kimi tanındı. Ulu öndərin siyasi xətti Prezident İlham Əliyevin uğurlu fəaliyyəti ilə bu gün də ölkəmizin inkişafına xidmət edir. Ulu Öndər Heydər Əliyevin irsi hər zaman yaşadılacaq və qorunacaqdır.
Sonda çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəsisslər Şurasının sədri Samirə Rəhimli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursu Azərbaycan dövlətçiliyinin əsas bünövrəsini formalaşdırdı. Onun rəhbərliyi ilə ölkədə vətəndaş həmrəyliyi və siyasi sabitlik təmin olundu. Dövlətin hüquqi çərçivəsi Konstitusiya ilə müəyyən edildi və tətbiq olundu. Ümumilli Lider Heydər Əliyev güclü və müstəqil dövlət quruculuğunu əsas məqsəd kimi qarşıya qoydu. Bu kurs vətəndaşların hüquqlarının qorunmasına və azadlıqların təmininə yönəldi. Dövlətin təhlükəsizliyi və daxili sabitliyi prioritet olaraq müəyyən edildi. O, milli maraqlara əsaslanan xarici siyasətlə Azərbaycanın mövqeyini gücləndirdi. Sabitlik və qanunun aliliyi onun iradəsi ilə həyata keçdi. Bugün Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlar bu siyasi irsin bəhrəsidir.
Çıxışlardan sonra ictimai-siyasi fəaliyyətlərinə görə fərqlənən gənclərə fəxri fərmanlar təqdim olunub.
Sonda xatirə şəkli çəkdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.