Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
05.05.2025 11:05 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı qismən artmışdır,  Əsasən 4078 və 4079 ləkə qruplarında C-M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4079 oblastındakı M2.0 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq 10 sm diapazonda radioalışma vəTac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 5 ləkə qrupunda 92 ləkə və cənub yarımkürəsində Tac dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli hesabat dövrü ərzində 9364 pfu-dək yüksəlmiş, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 1148 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 14 nT, radial istiqamətdə isə -13 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 656 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 6.44 nT, radial istiqamətdə isə -0.11 nT təşkil edir.

Hesabat dövründə 01-04 may tarixlərində Tac dəliyi Axınlarının təsiri ilə əsasən G1 səviyyəli (zəif)  geomaqnit qasırğası qeydə alınmışdır. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 5-ə bərabərdir, bu isə G1 səviyyəli (zəif) geomaqnit qasırğası deməkdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (05-11 may) C sinif alışmanın baş verməsi ehtimalı 90%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 35%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində  olacağı proqnozlaşdırılır.   

Günəş küləyinin sürətinin mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə 07 may tarixinədək normadan yüksək olacağı gözlənilir.  

Avroraların müşahidə olunması ehtimalı isə yüksək qütb dairələrində 10-50%, orta qütb dairələrində isə 35-5%-dir.

Geomaqnit sahəsi – mənfi qütblü Tac Dəliyi Axınlarınının təsiri ilə bu gün geomaqnit qasırğasının davam edəcəyi, sonra isə proqnoz dövrü ərzində sakit və qeyri-sabit səviyyələrdə olacağı gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025