Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
25.04.2025 17:04 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti astroseminarı keçirilib.

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın "Kosmik plazma və heliogeofiziki problemlər" şöbəsinin elmi işçisi Cənnət Səmədov "Günəş küləyinin yerətrafı süni peyklərə təsiri və peyk əməliyyatlarında rolu" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda qeyd edib ki, Günəş küləyi Günəş tacından planetlərarası fəzaya davamlı olaraq yayılan yüklü zərrəciklər (əsasən proton və elektron) selidir. Bu zərrəciklərin sürəti adətən 250-750 km/san aralığında olur. Aydın olduğu kimi, yüklü zərrəciklərin sürətli hərəkəti, günəş küləyinin həm də böyük maqnit sahəsi daşıyıcısı olduğunun göstəricisidir. Yüklü zərrəciklərin bu cür sürətli axını, daşınan böyük maqnit sahəsi, günəş küləyinin yerin maqnit sahəsi ilə qarşılıqlı təsiri yer atmosferində və yerətrafı maqnit sahəsində ciddi həyəcanlanmalara səbəb olur. Bu hadisələr isə öz növbəsində süni peyklərə təsirsiz ötüşmür. Geostasionar peyklərin yerləşdiyi zolaq (~35 786 km) xarici Van-Allen qurşağında yerləşdiyindən bu peyklər kosmik hava durumuna daha həssas olur. Yerətrafı maqnit sahəsində həyəcanlanmalar peykin istiqamətini təyin edən sensorlardan olan maqnetorların həssaslığına da təsir edir və peykin istiqamətini təyin edən alqoritmləri yanıldır. Günəş küləyinin yer atmosferində həyəcanlanmalar yaratması atmosferin müqavimətində dəyişmələr yaradır və bu xüsusilə aşağı orbitli (LEO) peyklər üçün idarəetmədə müəyyən problemlərə yol açır.

Günəş küləyinin mənfi təsirlərindən yayınmaq üçün bir çox önləyici tədbirlər görülür ki, bunlara peykin əhəmiyyətli elektron sistemlərinin radiasiyaya daha dözümlü materiallarla qorunması, ehtiyat elementlərin konfiqurasiyası, kosmik havanın proqnozlaşdırılması və peyk əməliyyatlarında nəzərə alınması və s. daxildir. Kosmik hava durumunun öyrənilməsi üçün isə bir çox riyazi və data yönümlü modellərə istinad olunur ki, bu da günəş küləyi və günəş aktivliyinin modelləşdirilməsi məsələsini daha da aktuallaşdırır.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025