Ekskursiyalar Saytın xəritəsi
AZEN
Yaxınlığımızdakı fəza “boşluqdan” ibarət deyilmiş - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Yaxınlığımızdakı fəza “boşluqdan” ibarət deyilmiş
01.05.2025 15:05 / ASTRO XƏBƏRLƏR Yaxınlığımızdakı fəza “boşluqdan” ibarət deyilmiş

Cənubi Afrikanın “MeerKAT” radio-teleskopu vasitəsilə aparılan müşahidələrdə Yerə ən yaxın miilisaniyəlik pulsar  (MPS) ətrafında turbulentlik və plazma strukturları aşkar olunub.

J0437-4715 ağ cırtdanla qoşa sistem təşkil edən bizə ən yaxın pulsardır. Orbital periodu 5.7 gün olan pulsarın şüalandırma tezliyi 5.7 millisaniyədir. J0437-4715 pulsarı rentgen oblastda kəşf olunmuş ilk MSP-dir və Yerdən 510 işıq ili məsafədə yerləşir.

Pulsarlar massiv ulduzların qalıqlarıdır. İfratyeni kimi alışdıqdan sonra onun yerində qalan neytron ulduz güclü maqnit sahəsinə malik olub, yüksək sürətlə fırlanırsa və fırlanma oxu maqnit sahəsinin oxu ilə müəyyən bucaq təşkil edərsə, o pulsara çevrilir.  Biz pulsarları ancaq yaydıqları siqnallar Yerə yönəldiyi halda aşkar edə bilirik. Bir sözlə hər bir pulsar, həm də neytron ulduzudur, ancaq bütün neytron ulduzları pulsar deyil. 

J0437-4715 pulsarı 14 milyon il əvvəl 15 ulduzun partlayışından sonra yaranmış, qaz və toz ehtiva etməyən “Yerli köpük“ adlandırılan bölgədə yerləşir. Suinbern Texnologiya Universitetinin tədqiqat qrupu pulsarın ətrafındakı fəzanın 3D modelini yaradaraq, həmin bölgəni xəritələşdiriblər. Belə ki, optik oblastdakı şüalanmadan fərqli olaraq radio diapazonda siqnallar yayan pulsarların siqnalının dəyişmə xüsusiyyətlərini təhlil edərək, siqnalın keçdiyi mühitin strukturunu müəyyən etmək olur. Nəticədə məlum olub ki, ulduzun ətrafı heç də göründüyü kimi boş deyil. “MeerKat” radio-teleskopu ilə aparılan 6 günlük ardıcıl  müşahidənin nəticəsində pulsarın radio oblastda “işıqlandırmasını” istifadə edərək, alimlər yaxın ulduzlararası fəzada Günəş sistemi ölçüsündə plazma topalarının olduğunu aşkar ediblər. Həmçinin pulsarın yaratdığı şok dalğalarının gəminin burnunun dənizi yararkən yaratdığı dalğalar formasında olduğu məlum olmuşdur.

Bu tədqiqat göstərdi ki, kosmos bizim gözümüzdə boş gürünsə də əslində o, biz düşündüyümüzdən daha dolu və canlıdır, daima inkişaf edir.

Qeyd edək ki, tədqiqat işi “Nature Astronomy” jurnalında çap olunmuşdur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025