Ekskursiyalar Saytın xəritəsi
AZEN
Lüsi kosmik zondu Donaldyohanson asteroidinin şəklini çəkib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Lüsi kosmik zondu Donaldyohanson asteroidinin şəklini çəkib
25.04.2025 10:04 / ASTRO XƏBƏRLƏR Lüsi kosmik zondu Donaldyohanson asteroidinin şəklini çəkib

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Aeronavtika və Kosmik Tədqiqatlar Milli Agentliyinin (NASA) Lüsi kosmik zondu 20 aprel 2025-ci ildə təxminən 8 km uzunluğunda olan Donaldyohanson asteroidinə ~1100 km yaxınlaşaraq şəklini çəkib. 

Sözügedən asteroidin təxminən 150 milyon il əvvəl iki cismin toqquşmasından yarandığı düşünülür. Asteroid avstralopiteklərin qalıqlarını kəşf etmiş amerikalı paleoantropoloq Donald Yohansonun şərəfinə adlandırılıb. Donaldyohanson Günəş ətrafında 3 il 8 aya, öz oxu ətrafında isə 251 saata fırlanır.

Alimlər Lüsinin əldə etdiyi görüntülərdən istifadə edərək, asteroidin səthinin hamar və açıq boz rəngdə olduğunu görüblər. Hamar kənarları olan asteroid  çoxlu kraterlərə malikdir. Əvvəllər tədqiqatçılar asteroiddən gələn işığın əks olunmasının 10 gün ərzində dəyişdiyini qeydə almışdılar. Tədqiqatçıların gözləntiləri təsdiq olunub. Belə ki, Donaldyohanson digər iki göy cisminin toqquşması zamanı əmələ gələn uzunsov asteroiddir. Bununla belə, alimləri asteroidin birləşmə zolağının formasının qəribəliyi təəccübləndirib. Şəkillər Lüsinin  ən həssas kamerası “L'LORRI” vasitəsilə çəkilib. O göstərib ki, asteroid əvvəllər düşünüldüyündən xeyli böyükdür: Diametri təxminən 8 km və birləşmə yerinin eni is 3,5 km-dir. Asteroidin “L'TES” termal infraqırmızı spektrometr vasitəsilə alınmış görüntüləri isə hələ ki təhlil olunur.

Qeyd edək ki, Donaldyohanson missiyanın əsas hədəfi deyil. Lusi kosmik zondu 16 oktyabr 2021-ci ildə kosmosa buraxılmışdır. Layihənin məqsədi Yupiterin Troyanlarının tədqiqidir. İlk dəfə Yupiterin orbitində aşkarlanmış asteroidlər  qrupu Troya müharibəsinin şərəfinə “Tronyanlar və Yunanlar” adlandırmışdı. Sonradan Yer və digər planetlərin də orbitində bu tip asteroid qrupu aşkarlandığı üçün, hal-hazırda qısa olaraq planetlərin orbitlərində rast gəlinən bu tip asteroid qruplarına troyanlar deyilir. Lüsi 2027-ci ilin avqustunda Asteroid qurşağının üzvü olan Evribat asteroidinə yaxınlaşacaq. Evribat Donaldyohansondan kifayət qədər böyükdür, asteroidin diametri 70 km-dən çoxdur. 2033-cü ilədək daha 5 asteroidin tədqiqi planlaşdırılıb.

Asteroidlər və kometlər Günəş sistemi formalaşdığı zamandan qalmış qalıqlar olduğunua görə həmin ilkin dövrə aid informasiya daşıyırlar. Bu göy cisimləri Günəş sistemi və eləcə də digər planet sistemlərinin təkamülünün necə getdiyini öyrənmək üçün “canlı eksponatlardır”.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025