Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının Dissertasiya Şurasının elmi seminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının Dissertasiya Şurasının elmi seminarı keçirilib
17.04.2025 14:04 / SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının Dissertasiya Şurasının elmi seminarı keçirilib

Aprel ayının 17-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının nəzdində fəaliyyət göstərən FD 1.39 Dissertasiya Şurasının  elmi seminarında Batabat Astrofizika Rəsədxanasının elmi işçisi Ülvü Səyyad oğlu Vəliyevin “Müxtəlif kütləli cavan ulduzların ulduzətrafı disklərinin xüsusiyyətləri və təkamülü” mövzusunda astronomiya elm sahəsinin "Astrofizika və ulduz astronomiyası" (2108.01) ixtisası üzrə təqdim edilmiş fəlsəfə doktoru dissertasiya işinin müzakirəsi keçirilib.

Seminara rəhbərlik edən astronomiya elmləri doktoru, dosent Canməmməd Rüstəmov iştirakçıları salamlayıb,  onlara  iddiaçı və iddia olunan ixtisas haqqında ətraflı məlumat verib.

Məruzəçi dissertasiya işinin aktuallığını, elmi yeniliklərini, müdafiəyə çıxarılan əsas müddəaları, işin aprobasiyası və aldığı nəticələri seminar iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, təqdim olunan dissertasiya işində iki CTTS tipli AS205 və V1082 Cyg ulduzun ŞAR-ın Zeyss 600 teleskopunda BVRcİc fotometrik müşahidələri aparılmış, həmin ulduzların  spektral 0.36-100 μm diapazonda spektral enerji paylanma (SEP) əyriləri təhlil edilmişdir. Bundan başqa işdə müxtəlif beynəlxalq arxiv materiallarından istifadə edərək böyük sayda cavan ulduzların ayrı-ayrı alt qruplarının ‒ CTTS, WTTS və  AeBe Herbiq ulduzların SEP əyriləri qurulmuşdur. Bütövlükdə bu işin əsas yeniliyi ondan ibarətdir ki, bu tədqiqatlar müşahidə materialları əsasında müxtəlif təkamül mərhələsində olan cavan ulduzların protoplanet disklərinin ayrı-ayrı təkamül mərhələsini tədqiq etməyə imkan vermişdir. Göstərilmişdir ki, CTTS ulduzlarında ulduzətrafı diskdə qaz şüalanması mühüm rol onadığı halda WTTS ulduzlarında toz daha böyük paya malikdir. İşində müxtəlif beynəlxalq kosmik rəsədxanaların arxivlərində olan genişzolaqlı fotometriya məlumatlarından istifadə edərək 49 CTTS, 45 WTTS 19 HAeBe  UBVRİJHK optik və yaxın infraqırmızı diapazon aralıqlarına uyğun ulduz ölçüləri istifadə olunmuşdur. Bundan başqa yaxın və uzaq İQ oblastı əhatə edən beynəlxalq kosmik missiyaların WISE və IRAS arxivlərindən istifadə olunmuşdur.

Daha sonra rəyçilərə söz verilib, onların təklif və iradları dinlənilib. İddiaçı tərəfindən seminar iştirakçılarının sualları cavablandırılıb və yekun müzakirələrdən sonra dissertasiya işinin müdafiyəyə təqdim olunmasına qərar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025