Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxana əməkdaşının dissertasiya müdafiəsi keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxana əməkdaşının dissertasiya müdafiəsi keçirilib
16.04.2025 10:04 / MÜHÜM HADİSƏLƏR Rəsədxana əməkdaşının dissertasiya müdafiəsi keçirilib

Aprelin 15-də  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasının  (ŞAR)  “Nəzəri  astrofizika  və  kosmologiya”  şöbəsinin  elmi  işçisi  Tağıyeva  Şahnaz  İlqar  qızının  Bakı  Dövlət  Universitetinin  (BDU)  nəzdində  fəaliyyət  göstərən  ED2.19  Dissertasiya  Şurasında  2212.01 – Nəzəri  fizika  ixtisası  üzrə  "Mühitdə  və  vakuumda  mezon  və  nuklonların  qarşılıqlı  təsirinin  AdS/KXD  modellərində  öyrənilməsi"  mövzusunda  fəsəfə  doktoru  dissertasiya  işinin  müdafiəsi  keçirilib.

İlk öncə Dissertasiya Şurasının sədr müavini AMEA-nın müxbir üzvü, professor Aydın Kazımzadə iclası açıq elan edərək 21 nəfər Şura üzvündən 18 nəfərin iştirak etdiyinə görə Dissertasiya Şurasının iclasının səlahiyyətli olduğunu bildirib. Sonra isə Dissertasiya Şurasının elmi katibi f.ü.d. Şəhla Hacıyeva Şuraya daxil olmuş sənədlərlə iştirakçıları tanış edib.

Daha sonra Şahnaz Tağıyeva dissertasiya işinin aktuallığı, məqsəd və vəzifələri, tədqiqat metodları, müdafiəyə çıxarılan əsas müddəalar və əsas elmi nəticələr haqqında iclas iştirakçılarına məlumat verib. Bildirib ki, dissertasiya işində sərt və yumşaq divar modellərində, sıfır və sonlu temperatur hallarında mezon və barionlar arasında qarşılıqlı təsir sabitlərininin riyazi ifadələri alınaraq ədədi qiymətləri hesablanmışdır. Nuklon-həyəcanlaşmış nuklon keçidləri üçün elektromaqnit formfaktorlarının ötürülən impulsun kvadratından asılılığı aşkar edilmişdir. Bunun əsasında spiral amplitudların, elektrik və maqnit formfaktorların ötürülən impulsun kvadratından asılılıqları öyrənilmişdir və nuklonun həyəcanlaşmış hallarının elektromaqnit xassələri tədqiq edilmişdir. Əldə edilən nəticələr məlum MAİD parametrləşdirmə, CLAS, PDG məlumatları, Jlab/Hall C təcrübi faktlarla və digər modellərdən alınmış nəticələrlə müqayisə edilmişdir.

Çıxışdan sonra rəsmi opponentlər AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Oqtay Əbil oğlu Səmədov, Sumqayıt Dövlət Universitetinin “Fizika” kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Gülnarə Hüseyn qızı Quliyeva, AR ETN Fizika İnstitunun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Ruslan Ağarza oğlu Nuriyev dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların nəzəri və praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndiriblər. İddiaçı rəsmi opponentlərin iradlarına münasibət bildirib və iclas iştirakçılarının suallarını cavablandırıb.

Sonra Şura üzvləri professor Sərhəddin Abdullayev, professor Bəxtiyar Paşayev, Nəzəri fizika kafedrasının müdiri Məmməd Rəcəbov və AMEA-nın müxbir üzvü, Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov, dissertasiya işinin elmi rəhbərləri fizika-riyaziyyat elmləri namizədi, dosent Şahin Əlisəttar oğlu Məmmədov, fizika-riyaziyyat elmləri doktoru, Orta Doğu Texniki Universitetinin professoru Təhmasib Məmməd oğlu Əliyev iddiaçı haqqında və dissertasiya işi barədə öz müsbət fikirlərini söyləyiblər.

Yekunda təqdim olunan iş Dissertasiya Şurası üzvləri tərəfindən yüksək qiymətləndirilib və iclasın sonunda gizli elektron səsvermə yolu ilə iddia edilən elmi dərəcənin verilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası qarşısında vəsatət qaldırılması yekdilliklə qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025