Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib
16.04.2025 13:04 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

Aprel ayının 16-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminara rəhbərlik edən AMEA-nın müxbir üzvü Namiq Cəlilov iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm” şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əliqulu Xəlilov “HD 190603 (B1.5Ia) ifratnəhəng ulduzun atmosferində qeyri-stasionar proseslər” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə HD190603 ifratnəhəng ulduzunun 2010-2019-cu il tarixlərində N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunda alınmış spektrlər əsasında Hα, Hβ və HeI xətlərinin profillərinin dəyişməsi və spektral parametrləri tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, HD190603 ifratnəhəng ulduzunun spektrində Hα, Hβ və HeI xətlərinin profillərinin forması, şüa sürəti və ekvivalent eni zamandan asılı olaraq dəyişir. Hα, Hβ və HeI xətlərinin profili udulma və şüalanma komponentlərindən ibarətdir. Hα xəttinin şüalanma komponentinin profili zamandan asılı olaraq bir, iki və ya üç komponentdən ibarət müşahidə olunur. Həmçinin, Hα xətti profilində absorbsiya komponentinin kəsilməz spektr səviyyəsinə qədər zəifləməsi, yox olması və yenidən yaranması, Hα xətti profilinin tam şüalanmada müşahidə olunması kimi unikal müşahidə faktı aşkar olmuşdur.

Müəyyən edilmişdir ki, Hα, Hβ xətlərinin udulma və şüalanma komponentlərinin şüa sürəti və ekvivalent eni, həmçinin HeI xətlərinin udulma və şüalanma komponentlərinin ekvivalent eni təxminən 100-120 günlük periodla dəyişir.

Çıxışın sonunda mövzu ətrafında geniş müzakirə aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025