Ekskursiyalar Saytın xəritəsi
AZEN
Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib
11.04.2025 12:04 / TƏDBİRLƏR Ümumdünya Aviasiya və Kosmonavtika Gününə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə 12 Aprel – Ümumdünya Aviasiya və Kosmonavtika Günü münasibətilə Sumqayıt Dövlət Universitetində “Aviasiya və Kosmonavtika: Keçmiş, Bu Gün və Gələcək” adlı elmi-maarifləndirici tədbir keçirilib.

Təşəbbüsün əsas məqsədi kosmik tədqiqatların və aviasiya sahəsində əldə olunan nailiyyətlərin gənc nəslə çatdırılması, bu sahəyə marağın artırılması və elmin populyarlaşdırılmasıdır. Eyni zamanda, tələbələr və tədqiqatçılar üçün yeni elmi perspektivlər açmaq, onların bu istiqamətdəki fəaliyyətinə dəstək olmaq da tədbirin əsas hədəflərindəndir.

Açılış nitqi ilə çıxış edən Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Rəşad Səlimov, insanlığın kosmik fəthlərə doğru atdığı ilk addımların təkcə texnoloji deyil, həm də mənəvi və elmi tərəqqinin simvolu olduğunu bildirib. O qeyd edib ki, bu gün elm və təhsilin inteqrasiyası cəmiyyətin inkişafı üçün əsas şərtlərdən biridir və bu kimi tədbirlər tələbələrdə elmə marağın formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Rəşad Səlimov, eyni zamanda, Azərbaycan elminin xüsusilə də astronomiya sahəsində qədim və zəngin ənənələrə malik olduğunu vurğulayıb və bu irsin müasir tədqiqatlarda davam etdirilməsinin vacibliyini qeyd edib.

Növbəti çıxışçı Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin Fizika kafedrasının müdiri, dosent Gülnarə Quliyeva qeyd edib ki, kosmos və onun fəthi yalnız alimlərin deyil, bütün bəşəriyyətin maraq dairəsindədir. O, bu sahədəki nailiyyətlərin təhsildə və elmi tədqiqatlarda tətbiqinin vacibliyini vurğulayıb.

ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının Sədri Samirə Rəhimli də öz növbəsində çıxış edərək Aviasiya və Kosmonavtika Gününün əhəmiyyətindən, bu sahənin inkişaf perspektivlərindən və ŞAR-ın gənc alimlərinin bu istiqamətdə gördüyü işlərdən bəhs edib. O bildirib ki, bu kimi tədbirlər elmi maarifləndirmə baxımından olduqca əhəmiyyətlidir və tələbələrə ilham verir. 

Açılış hissəssindən sonra “12 Aprel: İnsanlığın Kosmosa İlk Addımı” adlı video-çarxın nümayiş edilməsinin ardınca tədbirin elmi-populyar hissəsi start götürüb. Elmi ssesiyada Rəsədxananın Aparıcı elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Həmayil Adıgözəlzadə, Gənc Alim və Mütəxəssislər Şurasının Sədr müavini Aytac İskəndərova və  Məsul katibi Lalə Səlimzadə müvafiq olaraq “Kosmonavtikanın tarixi, kosmik uçuşlar və kosmik teleskoplar”, “Azərbaycanda Astronomiya tarixi” və “Müasir astronomiyanın tədqiqat istiqamətləri” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb. İnteraktiv hissədə iştirakçılarla elmi müzakirələr aparılıb, könüllü çıxışlar səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025