Ekskursiyalar Saytın xəritəsi
AZEN
Sabah yaz fəsli başlayır - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Sabah yaz fəsli başlayır
19.03.2025 11:03 / ASTRO XƏBƏRLƏR Sabah yaz fəsli başlayır

Sabah Yaz fəsli yerli vaxtla saat 13:01-də Şimal yarımkürəsinə daxil olacaq. 

Bu zaman Günəş ekliptika üzrə hərəkət edərək göyün Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq.​

Yaz bərabərliyi zamanı gecə və gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Bundan sonra isə Şimal yarımkürəsində gündüzlər uzanır, gecələr isə qısalır. Günəş hər gün zenitə daha yaxın mövqeyə qalxır və Yaz-Yay ayları boyunca daha çox istilik və işıq yayır. Gündüzün uzunluğunun artması Yay günəşduruşu gününə qədər davam edir.

Qeyd edək ki, fəzada planetlərin konfiqurasiyası sabit olmayıb, bir-birinə göstərdikləri cazibə qüvvəsinin təsiri ilə presessiyaya məruz qalır. Nəticədə Günəş və Ayın təsiri ilə Yerin fırlanma oxu fəzada periodu 26 000 il olan konus cızır. Yaz bərabərliyi nöqtəsi də  göy sferində göy ekvatoru ilə Yerin orbitinin kəsişmə nöqtələrindən biridir. Yerin oxunun presessiyası nəticəsində Yaz bərabərliyi nöqtəsi əvvəllər Qoç bürcünə düşsə də zamanla Balıqlar bürcünə, Payız bərabərliyi nöqtəsi isə Tərəzi bürcündən Qız bürcünə doğru sürüşür. Əlavə olaraq  presessiya təsiri nəticəsində Yaz bərabərliyi nöqtəsi Günəşin illik hərəkətinə qarşı sürüşdüyündən biz hər il Yaz fəslinə bir az tez daxil oluruq ki. Bu da tropik ilin uzunluğunun ulduz ilindən qısa olmasına səbəb olur.

Bir çox ölkələrdə (Hindistan, Yaponiya, Meksika), o cümlədən ölkəmizdə də Yaz bərabərliyi günü - Baharın gəlişi milli bayram kimi qeyd olunur. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının kollektivi olaraq xalqımızı Baharın müjdəçisi - Novruz bayramı münasibətilə təbrik edirik. Bahar bayramınız mübarək!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025