Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmişdir. Maksimal sinifli alışma M1.2 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II tipradioemissiya və bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 14ləkə qrupunda 190 ləkə müşahidə olunur.
Enerjisi 2 MeV-dən çox olan elektron seli həftə ərzində 4950 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 691 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 401 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti 5.66 nT, radial istiqamətdə isə -5.47 nT təşkil edir.
Hesabat dövründə 12-14 mart tarixlərində Tac dəliklərinin təsiri ilə G1-G2 səviiyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 3-ə bərabərdir və kosmik hava qeyri-sabitdir.
Kosmik hava proqnozu – Proqnoz günlərində (17-23 mart) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin 18 martadək yüksək səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.
Günəş küləyinin sürətinin müsbət qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə eyni tempdə qalacağı gözlənilir.
Avroraların müşahidə olunması ehtimalı isə yuxarı coğrafi enliklərdə 30-50%, orta coğrafi enliklərdə isə 15-1%-dir.
Geomaqnit sahəsi – mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsiri ilə qeyri-sabit olacağı gözlənilir. Geomaqnit qasırğası proqnozlaşdırılmır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.