Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
14.03.2025 15:03 / ASTRO SEMİNARLAR Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) növbəti astroseminarı keçirilib.

Tədbiri astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm giriş sözü ilə açaraq, iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Sonra rəsədxananın "Kosmik plazma və heliogeofiziki problemlər" şöbəsinin əməkdaşı Emin Babayev "Göy cisimlərinin fırlanması və Koriolis qüvvəsi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda Koriolis qüvvəsi və Rossbi dalğaları kimi əsas anlayışlar, eləcə də onların meteoroloji hadisələrə və iqlim sistemlərinə təsiri barədə danışıb. O bildirib ki, Koriolis qüvvəsi obyektin sürət vektoruna və sistemin fırlanma oxuna perpendikulyar istiqamətlənərək hərəkət edən cisimlərin trayektoriyasının əyilməsinə səbəb olur. Hava və okean axınlarının yönünü dəyişdirir, siklonlar, antisiklonlar və qlobal cərəyanların formalaşmasına təsir göstərir. Karl-Gustav Rossbi tərəfindən kəşf edilən Rossbi dalğaları isə Koriolis qüvvəsinin enliklə dəyişməsi nəticəsində yaranır və atmosferin genişmiqyaslı sirkulyasiyasını müəyyən edir. Bu sirkulyasiya hava anomaliyalarına, şırnaqlı axınlara və ekstremal iqlim hadisələrinə təsir edir. Məruzəçi bu hadisələrin real nümunələri - o cümlədən qasırğalar, qütb burulğanının pozulması, anomal hava hadisələri və onların Yerin iqlim sisteminə təsiri haqqında məlumat verib. Bundan əlavə, müzakirələri astrofiziki miqyasda genişləndirərək, fırlanma dinamikasının, Koriolisə bənzər təsirlərin və Rossbi dalğalarının qalaktikaların strukturuna, planet atmosferinə və akkresiya diskinə necə təsir etdiyindən bəhs edib. Qeyd edib ki, fırlanma effektlərinin başa düşülməsi meteorologiya, klimatologiya və astrofizika üçün mühüm əhəmiyyət kəsb edir. Çünki bu həm Yer səviyyəsində, həm də kosmik miqyasda prosesləri daha dərindən öyrənməyə imkan verir.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonununda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025