Ekskursiyalar Saytın xəritəsi
AZEN
Rəsədxanada Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Rəsədxanada Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
26.02.2025 15:02 / MÜHÜM HADİSƏLƏR Rəsədxanada Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

26 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş "Xocalı - İnsanlığın sınağı" adlı tədbir keçirilib.

Tədbirə soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək başlanılıb.

Rəsədxananın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov tədbiri açaraq, 1992-ci ildə Xocalıda baş verən hadisələrin Azərbaycan xalqına qarşı törədilmiş misilsiz bir faciə olduğunu vurğulayıb. O qeyd edib ki, bu soyqırımı hadisəsi XX əsrin sonlarında xalqımızın haqq mübarizəsini boğmaq məqsədilə törədilən dəhşətli bir cinayət aktıdır. Alim bildirib ki, bu hadisələrin kökü 1988-ci ildən başlayaraq ermənilərin Qarabağı özlərinə birləşdirmək üçün atdıqları addımlara söykənir. Xüsusilə 1991-ci ilin sonlarından etibarən erməni silahlı birləşmələri hücumlarını intensivləşdirib və 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı polkunun iştirakı ilə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədilib.

Xocalı hadisəsi ötən əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşüb. Həmin gecə əsasən qadın, uşaq və yaşlılardan ibarət olmaqla 600-dən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib. Belə ki, soyqırımı aktı nəticəsində 613 nəfər dinc sakin öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub. 8 ailə tamamilə məhv edilib, 76-sı uşaq olmaqla 487 nəfər şikəst olub. Bundan başqa, 1275 nəfər əsir götürülüb, 150 nəfər itkin düşüb. Tarix boyunca müharibələr olub, lakin Xocalı faciəsi heç bir müharibə etikasına sığmır. Bu bir xalqın məhv edilməsinə yönəlmiş qanlı cinayət idi. Qanlı hadisə ilə bağlı ortaya çıxan sənədlər və tarixi faktlar göstərir ki, bu, bəşəriyyətə qarşı törədilmiş ağır bir cinayətdir və beynəlxalq hüquq normalarına tamamilə ziddir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Azərbaycan Respublikasının Milli Məclisi fevralın 26-sını "Xocalı Soyqırımı Günü" elan edərək bu hadisəyə siyasi-hüquqi qiymət verib.

Daha sonra Rəsədxana əməkdaşlarının çıxışları fonunda davam edən tədbirdə, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, cinayətkarların məsuliyyətə cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edilib. Qeyd olunub ki, dünyanın bir sıra ölkələri Xocalı soyqırımını tanıyıb. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində beynəlxalq səviyyədə mühüm işlər görülür. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə Xocalı faciəsini əks etdirən sərgilər təşkil edilir, foto və video materiallar nümayiş olunur.

Qeyd edək ki, Qarabağın işğaldan azad edilməsindən sonra artıq Xocalı sakinlərinin də öz doğma yurdlarına qayıdışına start verilib. Böyük qayıdışın ilk mərhələsində 27 ailə olmaqla ümumilikdə 152 nəfər, növbəti köç karvanında 90 ailə olmaqla 467 nəfər Xocalı sakini öz ata-baba yurduna geri qayıdıb. Hal-hazırda da yeni sakinlərin Xocalıda məskunlaşması üçün müvafiq infrastruktur işləri görülməkdədir. Bu qayıdış Xocalı sakinləri üçün yeni bir başlanğıc olmaqla yanaşı, uzun illər həsrətlə gözlənilən vətənə dönüşün reallığa çevrilməsinin bariz nümunəsidir.

Tədbirin rəsmi hissəsindən sonra rəsədxana əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" memorialını ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025