Ekskursiyalar Saytın xəritəsi
AZEN
Şamaxı Astrofizika Rəsədxanasının təşəbbüsü ilə Nəsirəddin Tusinin 824 illiyinə həsr olunmuş tədbir keçirilib - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Şamaxı Astrofizika Rəsədxanasının təşəbbüsü ilə Nəsirəddin Tusinin 824 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2025 12:02 / TƏDBİRLƏR Şamaxı Astrofizika Rəsədxanasının təşəbbüsü ilə Nəsirəddin Tusinin 824 illiyinə həsr olunmuş tədbir keçirilib

Bu gün görkəmli azərbaycanlı alim, filosof, riyaziyyatçı və astronom Nəsirəddin Tusinin anadan olmasının 824-cü ili tamam olur. Bu münasibətlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə Bakı şəhər Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada "Səmaya Açılan Yol: Tusi İrsi” adlı tədbir keçirilib.

S. Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Xəyalə Veyisova giriş sözü ilə tədbiri açaraq dahi alim Nəsirəddin Tusinin elmi irsinin əhəmiyyətindən danışıb. O, Tusinin astronomiya, riyaziyyat və fəlsəfə sahələrində dünya elminə verdiyi töhfələri vurğulayaraq, onun adını daşıyan Şamaxı Astrofizika Rəsədxanasının bu irsi layiqincə təbliğ etdiyini qeyd edib.

Açılış hissəssindən sonra “Zamanın Əngəlliklərindən Gələn Dahi” adlı video-çarxın nümayiş edilməsinin ardınca tədbirin elmi-populyar hissəsi start götürüb. Elmi ssesiyada Rəsədxananın böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Ülkər Rüstəm və Gənc Alim və Mütəxəssislər Şurasının Məsul katibi Lalə Səlimzadə müvafiq olaraq “Tusi və Astronomiya: Elmə Baxış və Təsiri”, “Tusi və Əxlaqi Fəlsəfənin Cəmiyyətə Təsiri” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışların yekununda onları maraqlandıran suallar cavablandırılıb.

Sonda Nəsirəddin Tusinin elm və yaradıcılığı ilə bağlı astro-sərgidə şagirdlər tərəfindən hazırlanmış rəsmlər və maketlər nümayiş etdirilib. Sərgi çərçivəsində təqdim edilən layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyən olunub. 1-ci, 2-ci və 3-cü yerləri tutan şagirdlərə xüsusi sertifikatlar təqdim edilib. Eyni zamanda, məktəbin direktoru Xəyalə Veyisova və tədbirin təşkilati hissəsinə dəstək göstərən məktəbin Fizika müəllimi Tünzalə Rəsulova və Coğrafiya müəllimi İlahə Sadıqova astronomiyanın təbliği və təşviqinə verdikləri töhfəyə görə təşəkkürnamələrlə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025