Ekskursiyalar Saytın xəritəsi
AZEN
GOES-19 peykindən ilk test görüntüləri yayımlanıb - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
GOES-19 peykindən ilk test görüntüləri yayımlanıb
12.02.2025 15:02 / ASTRO XƏBƏRLƏR GOES-19 peykindən ilk test görüntüləri yayımlanıb

ABŞ Milli Okean və Atmosfer Adminstrasiyası (NOAA) tərəfindən GOES-19 peykinin ilk test görüntüləri yayımlanıb. Compact Coronagraph-1 (CCOR-1) cihazı vasitəsilə əldə olunan görüntülərdə Günəş tacından yayılan Tac Kütlə Atılmaları (CME) və Günəş küləyi daha detallı şəkildə müşahidə olunur. Görüntülər hər 15 dəqiqədən bir yenilənir və animasiya formatında təqdim edilir.
Kosmik Günəş Rəsədxanaları Günəşin fəallığını izləmək məqsədilə yaradılıb. Günəşin aktivliyi geomaqnit qasırğalarına və kosmik radiasiyaya səbəb olaraq yalnız Yerətrafı peyklərin fəaliyyətinə deyil, həm də bir sıra mühüm texnoloji sistemlərin işinə təsir edə bilər. Texnoloji sistemlər dedikdə, elektrik şəbəkələri, elektrik enerjisinin verilişi, radiorabitə, naviqasiya, peyk məlumatlarının ötürülməsi və peyk üzərindən TV yayımı kimi sahələr nəzərdə tutulur. Günəşin fəallığının artması nəticəsində, bu sistemlərdə kəsilmələr, nasazlıqlar və digər problemlər yarana bilər ki, bu da gündəlik həyatımız və iqtisadi fəaliyyətlərimizə mənfi təsir göstərə bilər.
2024-cü ilin 25 iyununda Falcon raketi ilə kosmosa qaldırılan GOES-19 peykinin 15 il müddətində ekspluatasiya edilməsi nəzərdə tutulur. Hazırda GOES-19 peyki tam nizamlanmayıb, bu səbəbdən yayımlanan məlumatlar hələlik ilkin və qeyri-operativ xarakter daşıyır. Koronoqrafın tam operativ rejimdə istifadəyə verilməsi isə 4 aprel 2025-ci ilə planlaşdırılır.
GOES (Geostationary Operational Environmental Satellite) seriyası, ABŞ Milli Okean və Atmosfer Adminstrasiyası (NOAA) tərəfindən hazırlanıb. İlk peyk 1974-cü ildə fəaliyyətə başlamışdır. Bu peyklər, geostasionar orbitdə yerləşərək Yerə sabit mövqedə qalır və hər zaman eyni ərazini müşahidə edir. GOES peykləri əsasən meteorologiya, kosmik hava monitorinqi, eləcə də təbii fəlakətlərin qarşısının alınması və izlənilməsi üçün istifadə olunur. Bundan əlavə, 2032-ci ildən etibarən GOES əsasında yaradılmış yeni GeoXO (Geostationary Extended Observations) peyklərinin istifadəyə başlanması planlaşdırılır.
Qeyd edək ki, SOHO kosmik rəsədxanasının LASCO3 cihazı da eyni görüş bucağına malikdir və onun ekspluatasiya müddəti 2025-ci ildə başa çatacaq. Bu səbəbdən, eyni tipli koronoqrafın yenilənmiş versiyası kosmosa göndərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025