Ekskursiyalar Saytın xəritəsi
AZEN
Astrofizik alim Əliqulu Xəlilovun 70 yaşı tamam olur - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Astrofizik alim Əliqulu Xəlilovun 70 yaşı tamam olur
10.02.2025 11:02 / MÜHÜM HADİSƏLƏR Astrofizik alim Əliqulu Xəlilovun 70 yaşı tamam olur

Bu gün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əliqulu Xəlilovun 70 yaşı tamam olur.

Əliqulu Mustafa oğlu Xəlilov, 10 fevral 1955-ci ildə Azərbaycan Respublikası,Şamaxı şəhərində, anadan olmuşdur. O, 1962-ci ildə Şamaxı şəhəri 6 nömrəli məktəbin 1-ci sinfinə getmiş, 1970-ci ildə isə Bakı şəhərində yerləşən 1 nömrəli fizika-riyaziyyat təmayüllü litseyə daxil olmuşdur. 1972-ci ildə həmin məktəbi bitirib, Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsinə daxil olmuşdur.

1977-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini astronomiya ixtisası üzrə bitirərək, həmin ildən təyinatla N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamış və həmin vaxtdan  ŞAR-da elmi tədqiqatla məşğuldur.

1981-1983-cü illərdə Ukraynanın Krım Astrofizika Rəsədxanasında praktik astrofizika sahəsində akademik A.A.Boyarçukun rəhbərliyi altında təcrübə keçirmişdir. Bu illər ərzində ulduz atmosferinin model vasitəsilə tədqiq olunması ilə məşğul olmuşdur. Alınmış nəticələr məqalə şəklində çapdan çıxmışdır.

Sonrakı illərdə ŞAR-ın 2-m teleskopunda B, A və F tipli ifratnəhəng ulduzların, o cümlədən Qalaktikanın kimyəvi təkamülünün öyrənilməsində mühüm yer tutan, yüksək enlikdə yerləşən, ifratnəhəng ulduzların tipik nümayəndəsi olan 89Her və HD 161796 ulduzlarının müntəzəm spektral müşahidələrini aparmış və bu obyektlərin tədqiqi sahəsində bir sıra yeni maraqlı elmi nəticələr əldə etmişdir.

Ə.M.Xəlilov 14 noyabr 2009-cu il tarixində 01.03.02 – astrofizika, radioastronomiya ixtisası üzrə “A və F spektral sinifli ifratnəhəng ulduz atmosferlərinin spektral tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmiş və 2010-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fizika üzrə Fəlsəfə Doktoru elmi dərəcəsi diplomunu  almışdır.

13 sentyabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona astrofizika və ulduz astronomoiyası ixtisası üzrə Dosent elmi adı verilmişdir.

Hal-hazırda seçilmiş B, A, F spektral sinifli nəhəng və ifratnəhəng ulduzlarda baş verən qeyri-stasionar proseslərin, həmçinin bu ulduzların kimyəvi tərkibini öyrənmək məqsədi ilə ŞAR-ın 2m teleskopunda quraşdırılmış müasir işıq qəbulediciləri vasitəsi ilə onların spektral müşahidələrini davam etdirir.

Ə.M.Xəlilov qeyd olunan elmi istiqamətlər üzrə nüfuzlu elmi jurnallarda, həmçinin yerli və Beynəlxalq elmi konfransların materiallarında çap edilmiş 86 elmi məqalənin müəllifidir.

O, həm elmi, həm də elmi-ictimai fəaliyyəti ilə kollektivin dərin hörmətini qazanmışdır. Ailəlidir, iki övladı var.

Əməkdaşımızı 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi fəa­liy­­­yətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025