Martın 29-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Bakı bölməsində növbəti astroseminar keçirilib.
Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, f-r.ü.f.d Elçin Babayev astroseminar haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra rəsədxananın “İnformasiya və Kommunikasiya Texnologiyaları və təşkilat”şöbəsinin müdiri, f-r.ü.f.d Kamal Hüseynov “Fotobuxarlanma diskində axın dayanıqsızlığı ilə planetezimalların əmələ gəlməsi” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi qeyd edib ki, son zamanlar planetezimalların alınmasında namizəd olan mexanizm kimi, axın dayanıqsızlığına maraq artıb…
“Bizim simulyasiyalar 100 a.v.-dən böyük məsafələrdə ağır kütləli (60-130 M) planetezimal zolağını (3-100 a.v), məsafələrdə isə 20 M kütləli planetezimallar yaradırlar. Bizim hərtərəfli modelimiz 3 a.v.-nin daxilində kütləsi 8 M-li planetezemallarla yaradılır. Daxili diskdə yaranan planetezimal kütləsi, diskdə daxili boşluğun yüksək energetik fotonlarla yaranması zamanından kritik aslıdır”
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.