Ekskursiyalar Saytın xəritəsi
AZEN
Kosmik hava durumu və proqnozu - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Kosmik hava durumu və proqnozu
10.02.2025 09:02 / KOSMİK HAVA Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı dəyişməyib, rdıcıl M sinif alışmalar baş vermişdir. 3981 ləkə oblastı daha çox fəallıq göstərmişdir və maksimal sinifli alışma M8.8 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq II tip radioemissiya, 10 sm dalğa uzunluğunda radioalışmalar, radiosiqnalların ötürülməsində R2 tipli fasilələr qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 8 ləkə qrupunda 142 ləkə və geoeffektiv Tac Dəliyi müşahidə olunur.

Enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 658 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 22 nT, radial istiqamətdə isə -16 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 575 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 7.33 nT, radial istiqamətdə isə -1.7 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsinin intensiliyi sakit-aktiv səviyyələrdə olmuş, müşahidə olunan Tac Dəliyinin təsiri nəticəsində sutkanın ilk saatlarında G1 səviyyəli geomaqnit qasırğası başlamışdır. 

Kosmik hava proqnozu – Proqnoz günlərində (10-16 fevral ) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Qeyd olunan Tac Dəliyinin təsiri nəticəsində enerjisi 2 MeV-dən çox olan elektron seli yüksələ bilər. Həmçinin 10 MeV-dən çox enerji yüklü proton selinin də yüksələrək, S1 səviyyəli proton qasırğası olması ehtimalı var.   

Günəş küləyinin sürətinin 10-12 fevralda mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının və 08 fevralda baş vermiş Tac Kütlə Atılmasının təsiri ilə artacağı gözlənilir.

Geomaqnit sahəsi – 10 fevralda mənfi qütblü Yüksək Sürətli Tac Dəliyi Axınlarınının təsiri ilə G1 (zəif) səviyyəli qasırğanın davam edəcəyi, 12 fevralda isə 08 fevralda baş vermiş Tac Kütlə Atılmasının təsiri gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
MÜHÜM HADİSƏLƏR
MARAQLI MƏLUMATLAR
SEMİNARLAR
ƏMƏKDAŞLIQ
TƏDBİRLƏR
KONFRANSLAR
Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025