Ekskursiyalar Saytın xəritəsi
AZEN
Günəşin maqnit fəallığının 25-ci tsikli davam etməkdədir - XƏBƏRLƏR-NƏSİRƏDDİN TUSİ adına ŞAMAXI ASTROFİZİKA RƏSƏDXANASI
  • RƏSƏDXANA HAQQINDA
    • - Ümumi məlumat
    • - Azərbaycan Prezidenti rəsədxanada
    • - Heydər Əliyev və Azərbaycanda astronomiya elminin inkişafı
    • - Rəhbərlik
    • - Elmi şura
    • - Gənc Alim və Mütəxəssislər Şurası
    • - Kadr potensialı
    • - Alimlər
    • - Vakansiyalar
  • RƏSMİ SƏNƏDLƏR
    • - Elm haqqında qanun
    • - AMEA-nın nizamnaməsi
    • - Rəsədxananın nizamnaməsi
    • - Qərar və sərəncamlar
  • ELMİ FƏALİYYƏT
    • - Struktur vahidləri
    • - Astronomik cihazlar
    • - Əsas elmi istiqamətlər
    • - Astrofiziki müşahidələr
    • - Əsas elmi nailiyyətlər
    • - İllik elmi hesabatlar
  • ELMİ-TƏŞKİLATİ FƏALİYYƏT
    • - Magistratura və doktorantura
    • - Astroseminarlar
    • - Kitabxana və elektron informasiya resursları
    • - Beynəlxalq əlaqələr
    • - Qrant layihələri
    • - Konfranslar
    • - Tədbirlər
    • - Faydalı linklər və keçidlər
  • DİSSERTASİYA ŞURASI
    • - Dissertasiya şurasının yaranma tarixi və statistikası
    • - Dissertasiyalara dair tələblər
    • - Dissertasiyaların tərtibi qaydaları
    • - Tövsiyə edilən elmi nəşrlər
    • - Dissertasiyaların avtoreferatları
    • - Dissertasiya şurası ilə əlaqə
  • ELMİ NƏŞRLƏR
    • - Dövri nəşrlər
    • - Monoqrafiyalar
    • - Kitablar
    • - Konfrans materialları
    • - İmpakt faktorlu elmi və elmi-populyar jurnallar
  • XƏBƏRLƏR
    • - Elanlar
    • - Kosmik hava
    • - Astro təqvimlər
    • - Astro xəbərlər
    • - Mühüm hadisələr
    • - Bütün xəbərlər
  • MEDİA
    • - Foto-video arxiv
    • - KİV
    • - Video-çarx
  • ƏLAQƏ
ANA SƏHİFƏ→XƏBƏRLƏR
+A -A
Günəşin maqnit fəallığının 25-ci tsikli davam etməkdədir
06.02.2025 14:02 / MÜHÜM HADİSƏLƏR Günəşin maqnit fəallığının 25-ci tsikli davam etməkdədir

Günəşin maqnit fəallığı Günəş fotosferi, xromosferi və tacında baş verən proseslərdə özünü göstərir. Belə ki, bu aktivlik Günəş ləkələri, Günəş alışmaları, Tac kütlə atılmaları və Günəş küləyi kimi energetik və irimiqyaslı müşahidə oluna bilən fiziki proseslərin yaranmasına səbəb olan əsas amildir.  Günəş fəallığının əsas göstəricisi olan Günəş ləkələri ətrafındakı maddədən daha soyuq və tünd, günəşin ümumi maqnit sahəsindən 1000 dəfə güclü maqnit sahəsinə malik bölgələrdir. Ləkələrin sayı və ölçüsü Günəşin 11 illik aktivlik dövrü ilə dəyişir. Ləkə qrupları Günəş ekvatoru ətrafında ±40⁰ enliklərə kimi yayılır. Günəş fəallığının maksimum dövründə ləkələrin sayı artır, daha tez-tez alışmalar və Tac Kütlə Atılmaları baş verir. Bu fəallıq isə öz növbəsində Yerə təsir edərək geomaqnit qasırğalarına səbəb olur. Geomaqnit qasırğaları isə elektrik şəbəkələri, kosmik peyklər üçün təhlükə yaradır, təyyarə və gəmilərin naviqasiya sistemlərində əlavə küyə və fasilələrə səbəb olur.

Günəş ləkələrinin zamanla artıb-azalması dinamikasını araşdıran və Günəşin fəallığının təxminən 11 illik dövrə malik olduğunu aşkar edən iki alimin şərəfinə bu dəyişkənlik dövrü Şvabe-Volf tsikli (dövrü) adlanır. Günəşin fəallıq dövrü 1755-ci ildən hesablanır. Hazırda Günəş 25-ci tsiklindədir. Bu dövr 2019-cu ildə başlayıb. 2024-cü ilin oktyabr ayında baş vermiş X9.0 sinifli rentgen alışması və ardınca müşahidə olunan şiddətli geomaqnit qasırğasından sonra “NASA and the National Oceanic and Atmospheric Administration (NOAA)” Günəşin 25-ci tsiklin maksimumumda olduğunu elan etdi. Əvvəlcədən isə Günəş aktivliyinin maksimumu 115 ləkə ilə 2025-ci ilin iyul ayı üçün proqnozlaşdırılmışdı. Bunu artıq 2025-ci ildə Günəş aktivliyinin dinamikası göstərəcək. Günəşin ümumi maqnit sahəsinin qütbləri 22 ildən bir dəyişir ki, bu da Heyl tsikli adlanır. Qeyd edək ki, Günəşin 25-ci tsiklinin 2030-31-ci ildə bitəcəyi gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.

Tweet
    MÜHÜM HADİSƏLƏR
    MARAQLI MƏLUMATLAR
    SEMİNARLAR
    ƏMƏKDAŞLIQ
    TƏDBİRLƏR
    KONFRANSLAR
    Xəbərlər Elanlar
  • ELMİ FƏALİYYƏT
    • Elmi cihazlar
    • Əsas elmi istiqamətlər
    • Əsas elmi nəticələr
    • Elmi hesabatlar
  • MEDİA
    • Rəsədxana KİV-də
  • XƏBƏRLƏR
    • Mühüm hadisələr
    • Astro yeniliklər
  • DİSSERTASİYA ŞURASI
    • Dissertasiya şurasının tərkibi
    • Dissertasiyalara dair tələblər
  • RƏSƏDXANA HAQQINDA
    • Ümumi məlumat
    • Elmi Şura
    • Kadr potensialı
  • © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2025